SON XƏBƏRLƏR

İran Oqtay Əsədovun səfərini ciddiyə almır?

2021.10.20, 07:36
İran Oqtay Əsədovun səfərini ciddiyə almır?

Gunaz.tv
GünAzTv:

Əfşar süleymani: “Parlament sədrinin Tehrana səfəri çox yubanıb”

“Məncə, Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun İrana səfəri çox yubanıb. Gərək indiyədək bu səfər baş tutaydı. İranla Azərbaycan arasındakı əlaqələrin bir cəhəti də parlamentlərarası əməkdaşlıqla bağlıdır. Bu səfər əlaqələrin möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanları yaradılmasına, keçmişdən qalan və həll edilməmiş məsələlərin aradan qaldırılmasına xidmət etməlidir”.

Bu sözləri APA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib. Ə. Süleymani bu səfərin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə təkan verə biləcəyini deyib. Onun sözlərinə görə, səfər zamanı regiondakı vəziyyət, o cümlədən müsəlman ölkələrinin parlamentləri arasındakı əlaqələr müzakirə oluna bilər: “Bu əlaqələr intensiv xarakter daşımalıdır. İran parlamentinin sabiq sədri də Azərbaycanda olub. Məncə, belə görüşlər əhəmiyyətli ola bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar