SON XƏBƏRLƏR

Rusiya İranı güdaza verir

2021.10.20, 07:36
Rusiya İranı güdaza verir

Gunaz.tv
GünAzTv:

ABŞ zərbə endirməyə hazırlaşır, Moskva isə Tehrana vəd etdiyi texnikanı göndərmədi

Rusyanın Müdafiə Nazirliyi Birləşmiş Ştatların İrana zərbə endirməsi ehtimalını yüksək qiymətləndirir. APA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Baş Qərargah rəisi, general Nikolay Makarov bildirb.Onun sözlərinə görə, «amerikalılar İrana zərbə endirilməsi planlarının olduğunu dəqiq və birmənalı şəkildə bildiriblər». Nikolay Makarov xatırladıb ki, bu barədə Qərargah rəisləri birləşmiş komitəsinin sədri admiral Maykl Mullen açıqlama verib. Rusiya isə İrana havadan müdafə raket sisteminin göndərilməsini təxirə salıb «Amerikanın səsi» radiostansiyasının verdiyi xəbərə görə bu barədə Rusiya rəsmilərindən biri bildirib.Onun sözlərinə görə, problemlər həll ediləndən sonra proses həyata keçiriləcək. Ancaq o, problemin nə qədər müddət ərzində həll ediləcəyi barədə heç bir açıqlama verməyib.İran iki ölkə arasında imzalanmış razılıq əsasında Tehranı S-300 sistemi ilə təmin edə bilməməsinə görə Moskvadan şikayətlənirdi. İran rəsmiləri bildirmişdilər ki, ləngimə ABŞ və İsrailin təzyiqləri altında baş verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar