SON XƏBƏRLƏR

3 əsgərimiz şəhid oldu, biri yaralandı

2021.10.20, 07:36
3 əsgərimiz şəhid oldu, biri yaralandı

Gunaz.tv

Qarabağda qanlı döyüşlər başladı Tərtər, Ağdam, GorGünAzTv:

Qarabağda qanlı döyüşlər başladı Tərtər, Ağdam, Goranboy və Beylçqanda şiddətli atışmalar ara vermir 

Dünən günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun bir neçə istiqamətdə mövqelərini atəşə tutmağa başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtər rayonunun Borsunlu, Qapanlı, Goranboyun Tapqaraqoyunlu, Ağdamın keçmiş Gülçülük sovxozu adlanan istiqamətində atışmalar olub. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində gedən dyüşlərdə lrdumuzun əsgəri Sahil Məmmədov yaralanıb. Hərbi hospitala yerləşdirilən əsgərin həyatını xilas etmək mümkün olmayıb.Ağdam rayonu istiqamətində gedən döyüşlərdə isə əsgəri Fərəcov Xəyal Bəşər oğlu şəhid olub. Masallıdan hərbi xidmətə çağırılmış Fərəcov Xəyal Bəşər oğlu hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Tərtər rayonunun Qapanlı kəndi istiqamətində baş verən atışmada Xaçmazdan hərbi xidmətə çağırılan Rüstəmov Davud Rüstəmmuradoviç şəhid olub.Başqa bir məlumata görə isə Beyləqan istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha 4 əsgəri yaralanıb. Dünən Müdafiə Nazirliyi Qarabağ cəbhəsində baş verən döyüşlərlə bağlı rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub və nəticədə bəzi yerlərdə atışmalar baş verib. Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, atışmalar nəticəsində Azərbaycan Ordusu 3 şəhid verib, 1 əsgər isə yaralanıb: “Qarşı tərəf də bizdən az itki verməyərək, geri çəkilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar