SON XƏBƏRLƏR

Beynəlxalq ABŞ-ın Ankaradakı səfiri TBMM-yə çağrılıb

2021.10.20, 07:36
Beynəlxalq ABŞ-ın Ankaradakı səfiri TBMM-yə çağrılıb

Gunaz.tv
GünAzTv:

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının üzvləri ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefri ilə görüşüblər. AZADİNFORM “CNN Türk”ə istinadən xəbər verir ki, komissiyanın sədri Murad Mərcan uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə gətirilməsindən narahat olduqlarını səfirə bildirib. C.Cefri isə Vaşinqtona mövqeyin açıqlayacağını və suallara cavab verməyə çalışacağını söyləyib. O, qərar layihəsinin komitədən keçməsinin Türkiyə-Ermənistan yaxınlaşmasına zərər verib-verməyəcəyi barədə sualı konkret cavablandırmaqdan yayınıb. “Biz bu prosesi dəstəkləyirik. Prezident Obamanın Türkiyə parlamentində dediyi kimi, ən yaxşı yol Ankara ilə İrəvan arasında normallaşma prosesinin davam etməsidir”,-deyə səfir vurğulayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar