SON XƏBƏRLƏR

Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək

2021.10.20, 07:36
Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək

Gunaz.tv

Bakı. Rəşad Süleymanov – APA. Fevralın 22-də Ankarada Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoqu keçiriləcək.GünAzTv:

Bakı. Rəşad Süleymanov – APA. Fevralın 22-də Ankarada Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoqu keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Üç gün davam edəcək iclasda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivlərinin müzakirə olunacaq. Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində baş tutacaq iclasda Azərbaycan nümayəndə heyətinə kimin başçılıq edəcəyi açıqlanmayıb.Qeyd edək ki, sonuncu yüksək səviyyəli hərbi dialoq 2008-ci ilin dekabr ayında Bakıda keçirilib. O zaman Türkiyə Silahlı Qüvvələrinin əsasən general və admirallardan ibarət heyətinə baş qərargahın ikinci rəisi başçılıq edib.İki il əvvəl keçirilmiş yüksək səviyyəli hərbi dialoqda Silahlı Qvvələrin bütün növləri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətləri, kadr hazırlığı, hərbi tibb, hərb elmi, hərbi hüquq, hərbi sənaye sahəsində əməkdaşlığa qədər geniş məsələlər müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar