SON XƏBƏRLƏR

Amerika Birləşmiş Ştatları İrana zərbə endirə bilər.

2021.10.20, 07:36
Amerika Birləşmiş Ştatları İrana zərbə endirə bilər.

Gunaz.tv
GünAzTv:Amerkanın Xarici işlər naziri Hiilari klinton Amerika Birləşmiş Ştatlarının İrana qarşı herbi planının olmadiğını söyləsədə, Hərbi ekspertlər Amerikanın İrana zərbə yendirmə planlarının mövcüd olduğundan xəbər verir. Rusyanın Müdafiə Nazirliyi Birləşmiş Ştatların İrana zərbə endirməsi ehtimalını yüksək qiymətləndirir. Baş Qərargah rəisi, general Nikolay Makarovun vesti.ru da dərc olunan fikirləridə bu ehtimali artırır . Onun sözlərinə görə, «amerikalılar İrana zərbə endirilməsi planlarının olduğunu dəqiq və birmənalı şəkildə bildiriblər». Nikolay Makarov xatırladıb ki, bu barədə Qərargah rəisləri birləşmiş komitəsinin sədri admiral Maykl Mullen açıqlama verib. Makarov onu da bildirib ki, ehtimal olunan zərbə nəinki İran üçün, həmçinin ümumilikdə bütün region üçün mənfi nəticələrə gətirə bilər: «İran bizim qonşumuzdur və biz vəziyyətə diqqətlə nəzarət edirik. Rusiyanın rəhbərliyi bunun baş verməməsi üçün bütün lazımi səyləri əsirgəmir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar