SON XƏBƏRLƏR

18 -02 -2010 . İrandan xəbərdarlıq bəyanatı gəldi

2021.10.20, 07:36
18 -02 -2010 . İrandan xəbərdarlıq bəyanatı gəldi

Gunaz.tv

Tehran İsrail-Azərbaycan əlaqələrindən narahat olduğunu açıqladı 

GünAzTv:

Tehran İsrail-Azərbaycan əlaqələrindən narahat olduğunu açıqladı 

İranlı deputat: «Qərb şirkətləri Bakıya böyük sərmayələr qoyur, inanlı şirkətlər isə problemlərlə üzləşirlər»

«İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti qənaətbəxşdir. Amma iki ölkə münasibətlərini olduğundan daha artıq səviyyəyə qaldırmaq olar». İran və Azərbaycan parlamentlərarası dostluq komissiyasının üzvü və Parsabad əhalisinin İran İslam Şurasındakı nümayəndəsi Vəkil Sepəh APA-ya açıqlamasında bildirib ki, Azərbaycan və İranın düşmənləri, ümumiyyətlə bu iki dövləti sevməyənlər iki ölkə arasında olan isti münasibətlərə xələl gətirmək istəyirlər: “Bu da təbiidir. Fikrimcə, Azərbaycan İranda lazımi qədər tanıdılmayıb. Eləcə də İran da Azərbaycanda olduğu kimi təqdim edilmir. Bizim istər mədəniyyət, iqtisadiyyat, ticarət və diplomatik əlaqələrimizin genişlənməsi və inkişafı üçün daha artıq işlər görülməlidir”. Millət vəkili bildirib ki, ABŞ, İngiltərə, İsrail, Fransa və digər ölkələrdən iş adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə qoymaları və burada böyük şirkətlər təsis etmələri Azərbaycanın uğurudur: “Amma iranlı iş adamları Azərbaycanda şirkət açmaq və sərmayə yatırmaq məsələsində bəzən problemlərlə üzləşirlər. Əslində bu belə olmamalıdır, iranlı iş adamları Azərbaycanda çətinliklərlə üzləşməməlidirlər, mən bunu xarici amillərin müdaxiləsi kimi qəbul edirəm”. Azərbaycan İsrail əlaqələrinə münasibət bildirən millət vəkili deyib ki, bu, Azərbaycanın daxili işidir: “Bu məsələyə kənardan müdaxilə etmək düzgün deyil. Amma qeyd edim ki, Azərbaycanın İsraillə yaxın münasibətlərinə görə biz bir müsəlman ölkəsi kimi narahat oluruq. Çünki hazırda İsrail regionda olan nüfuzunu itirməkdədir və bir çox ölkələr İsrailin Qəzza və Fələstində törətdiyi cinayətlərə görə ondan üz döndəriblər. İsrail dövlətinin məqsədi məramı hər kəsə məlumdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar