SON XƏBƏRLƏR

Dünya qüdrətləri İranla bağlı razılığa gəlib

2021.10.20, 07:36
Dünya qüdrətləri İranla bağlı razılığa gəlib

Gunaz.tv

Hillari Klinton: «ABŞ heç zaman uzadılmış əlini geri çəkməyəcək, lakin Iran öncə öz yumruğunu açmalıdır»

GünAzTv:

Hillari Klinton: «ABŞ heç zaman uzadılmış əlini geri çəkməyəcək, lakin Iran öncə öz yumruğunu açmalıdır»

Xamneyi Klintonu yalançılıqda ittiham edib

ABŞ dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların diqqətini Iran Inqilab Qvardiyasına qarşı sanksiyalara yönəltdiyini bəyan edib. Onun fikrincə, bu qrup təhlükəsizlik, siyasi və iqtisadi qərarların qəbul edilməsində getdikcə daha çox fəallıq göstərir.“Amerikanın Səsi”nə müsahibəsində xanım Klinton Inqilab Qvardiyasının səlahiyyətləri çoxaldıqca Iranın daha aqressiv və repressiv bir dövlətə çevrildiyini bildirib. Xanım Klinton bu cərəyanın prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən qaynaqlandığına işarə edib. Nüvə məsələsinə gəldikdə, dövlət katibi Klinton bildirib ki, ABŞ heç zaman uzadılmış əlini geri çəkməyəcək, lakin Iran ilk öncə öz yumruğunu açmalıdır. Onun sözlərinə görə, dünya qüdrətləri Irana onun nüvə proqramı ilə bağlı təzyiqlər göstərmək və sanksiyalar tətbiq etmək üzərində razılaşıblar.

***

Təbrizdə çıxış edən Iranın dini lideri Ayətolla Əli Xamneyi isə Hillari Klintonun Iran haqda dediklərini yalan adlandırıb. Tehranda keçirilən mətbuat konfransında Iran prezidenti Mahmud Əhmədinejad məsələyə münasibət bildirərək qeyd edib ki, ABŞ rəsmisinin ittihamlarını ciddiyə almır.Ölkənin XIN rəhbəri Manuçehr Möttəki hesab edir ki, ABŞ-ın özü hərbi diktatura və militarizasiya siyasətinin əsirinə çevrilməkdədir. “Səhv siyasətlərini davam etdirən amerikalılar Fars Körfəzi regionunda vəziyyəti qeyri-stabil edirlər. Bu cür bəyanatla çıxış edən xanım Klinton region ölkələrinin ictimai fikrini çaşdırmaq istəyir”, deyə nazir bildirib(Olaylar).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar