SON XƏBƏRLƏR

İran Jurnalistlərin həpsinə görə ən qəddar ölkə durumunda

2021.10.20, 07:36
İran Jurnalistlərin həpsinə görə ən qəddar ölkə durumunda

Gunaz.tv
GünAzTv: Jurnalistləri Müdafiə Komitəsi İranda seçkidən sonra jurnalistlərin təqib edilməsini son zamanlar mətbuata qarşı ən qəddar və geniş basqı kimi qiymətləndirərək xüsusi qeyd edir. Komitənin bildirdiyinə görə, İranda keçən ilin iyun ayında prezident Mahmud Əhmədinejadın hakimiyyətdə qalması ilə nəticələnmiş seçkidən sonra müxalif səsləri susdurmaq üçün 90 jurnalist həbs edilmişdir. Hesabatda göstərilir ki, İranda dekabr ayına qədər 23 jurnalist və redaktor həbsdə qalırdı. Komitə dünya ölkələrində 136 jurnalistin məhsbəsdə olduğunu bildirir. Lakin qrup deyir ki, beynəlxalq təzyiq Birma və Qambiya da daxil olmaqla, bəzi ölkələrdə həbsdə olan jurnalistlərin azad edilməsini təmin etmişdir. Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, onun öz fəaliyyətləri nəticəsində dünya ölkələrində keçən il həbsdə olan 45 jurnalist azad edilmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar