SON XƏBƏRLƏR

Hillari Klinton: «İran hərbi diktatorluğa çevrilir»

2021.10.20, 07:36
Hillari Klinton: «İran hərbi diktatorluğa çevrilir»

Gunaz.tv
GünAzTv: Əhmədinejad: “Uranın zənginləşdirilməsi sürətini 5 dəfə artırmışıq” Hillari Klinton: «İran hərbi diktatorluğa çevrilir» “Biz barəsində danışdığımız hər bir işi yerinə yetirmişik, yerine yetirmək iqtidarında olmadığımız bir iş barəsində danışmırıq”. APA-nın “İribnews”a istinadən yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bu fikirləri mətbuat konfransında səsləndirib. O bildirib ki, İranda yeni nəsil sentrifuqlarda uranın zənginləşdirilməsi sürəti ötən dövrlərə nisbətən beş dəfə artıqdır. Prezident nüvə rektoru üçün nəzərdə tutulan uranı mübadilə etmək üçün irəli sürülən təklifləri müzakirə etməyə hazır olduğunu deyib. 200 xarici və yerli jurnalist qarşısında çıxış edən İran prezidenti bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa bəslədikləri ümidlər boşa çıxıb: “Güman edirdik ki, nə zaman ki, 20 faiz nüvə yanacağına ehtiyacımız olarsa, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bizi həmin yanacaqla təmin edəcək. Lakin gördük ki, onlar bizə heç 20 faiz belə yanacaq vermək niyyətində deyil, buna görə biz özümüz nüvə yanacağı istehsal etməyə başladıq. Biz hələ 6 ay bundan əvvəl uranı 20 fazi zənginləşdirməyə nail olduğumuz barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat vermişik”. ABŞ dövlət katibi Hillari Klinton isə Birləşmiş Ştatların İranın tədricən hərbi diktatorluğa çevrildiyinə inandığını deyib. Qətərdə tələbələr qarşısında çıxış edən xanım Klinton İranın elitar İnqilab Qvardiyasının hökuməti sıxışdırıb hakimiyyətdən salmaq qabiliyyətində olduğunu deyib. Dövlət katibi Klinton bu açıqlamanı İranın nüvə proqramı ilə bağlı təzyiqləri artırmaq məqsədi ilə İran körfəzi bölgəsinə etdiyi səfəri zamanı verib. Bundan sonra isə xanım Klinton İrana qarşı yeni sanksiyaları müzakirə etmək üçün Səudiyyə Ərəbistanında kral Abdullah və xarici işlər naziri, şahzadə Səud Əl-Feysəllə görüşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar