SON XƏBƏRLƏR

Ermənilərin Türkiyədəki qazanc mənbəyi nədir ?

2021.10.20, 07:36
Ermənilərin Türkiyədəki qazanc mənbəyi nədir ?

Gunaz.tv
GünAzTv: Qanunsuz erməni miqrantlarının 96 faizi qadınlardır. Mərkəzi İstanbulda yerləşən Avrasiya Əməkdaşlığı Təşkilatı və Qlobal Siyasi Tendensiylar Mərkəzi Türkiyədə qanunsuz yaşayan Ermənistan vətəndaşları ilə bağlı apardıqları araşdırmanın nəticələrini açıqlayıblar. Bu barədə Türkiyənin "Radikal" qəzeti məlumat yayıb. Hər iki qurumun 2009-cu ilin aprelindən başlayaraq beş ay ərzində apardıqları araşdırmalar nəticəsində bəlli olub ki, Türkiyəyə qanunsuz yollarla gələn ermənilərin 49 faizi Ermənistanın Şirak vilayətinin sakinləridir: "Ermənistandan Türkiyəyə gələn qanunsuz miqrantların 96 faizi qadınlardır. Erməni qadınlarının 72 faizi Türkiyədə ev işlərilə məşğul olurlar, 18 faiz isə dayəliklə məşğul olur, 6 faiz satıcı kimi, 4 faiz isə digər sahələrdə fəaliyyət göstərirlər. Kişilər isə əsasən çəkməçilik və zərgərlik edirlər". Araşdırmaçıların qənaətinə görə, erməni miqrantlarının ən böyük problemi onların Türkiyədə dünyaya göz açan uşaqları ilə bağlıdır: "Bu məsələ ilə bağlı ətraflı məlumat əldə etmək olmasa da valideynləri Ermənistan vətəndaşı olan qanunsuz miqrant uşaqlarının sayının 600-800 nəfər civarında olduğu bildirilir. Bu uşaqlar nə Türkiyə, nə də Ermənistan vətəndaşları deyillər və bu səbəbdən də məktəbə getmirlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar