SON XƏBƏRLƏR

Asif Qurban “Vladimir Putin :' Rusiyanı “Ukraynalaşmağa” gətirib çixartmaq olmaz.”

2021.10.20, 07:36
Asif Qurban “Vladimir Putin :' Rusiyanı “Ukraynalaşmağa” gətirib çixartmaq olmaz.”

Gunaz.tv
GünAzTv: Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü və qurumun nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin başqanı, iqtisad elmlər doktoru Asif Qurban GunAz.TV Mətbuat Xidmətinin bu günlərdə Ukraynada baş tutan seçkilər, hakimiyyətə gələn yeni administrasiya ölkənin gələcək xarici siyasətinin strateji xəttini hansı formada yürüdəcəkdır, Azərbaycanla münasibətlərdə dəyişiklər gözlənilirmi suallarına aydınlıq gətirib: - Asif bəy, Ukraynada keçirilən prezident seçkilərində “Narıncı” inqilabla siyasi hakimiyyətə gələn Viktor Yuşşenkonun məglub olmasının səbəblərini oxucularımıza çatdirmanizi istərdik: - İlk öncə onu qeyd edək ki, Ukraynada Yuşşenko administrasiyası əsl demokratik seçki keçirməklə, bir daha demokratik dəyərlərə sadiq olduqlarını göstərdilər. Seçimlərdə Yuşşenkonun məglub olmasının səbəb olan faktorlar çoxdur. Bilirsiniz ki, 2004-ci ildə “Narıncı” inqilabla siyasi hakimiyyətə gələn demokratlar müəyyən dövrdən sonra aralarında ciddi ixtilaflar baş qaldırdı. Yuşşenko və Timoşenko arasında baş verən siyasi çəkismələr cəmiyyətin gözü qarşisında baş verirdi. Hətta, bu açıq müstəvidə davam edirdi. Nəzərə alsaq ki, onlar siyasi hakimiyyətə gəlmək üçün xalqın problemlərini həll edəcəklərini söz versələrdə, siyasi çəkismələr verilən vədlərin həyata keçməsinə imkan vermədi. Əslində Timoşenko ustalıqla vacib idari postları öz əlinə aldı və yerləsdirdiyi adamlar işin öhdəsində gələ bilmədilər, ancaq xalq günahı Yuşşenkoda gördü. Ayrıca, Yuşşenko xalqın fikirində qərbin prezidenti kimi tanıtıldı. Rusiya ilə əlaqələr pisləsdi. Üstəlikdə bu dövrdə də dünyada yaşanan ekonomik kriz ortaya çixdi, işsizlər ordusu yarandı ölkə və xalq yenə prezidenti günahlandırdı. Sanki Rusiya ilə yaxınlıq olsa idi, bu qədər kriz olmayacaqdı fikirləri cəmiyyətdə hakim olmağa başladı. Rəsmi Kremli, Ukraynada yaşanan krizdan gözəl istifadə etdi. Timoşenko isə özü ətrafında güçlü siyasətçi qadın obrazını formalaşdırdı. Və inadkarlığı ilə, eyni yola bərabər çixdigi Yuşşenkonu ölkədə pis ekonomik vəziyyətin tək günahkarı olaraq bunu xalqa qəbul etdirə bildi. Cərəyan edən hadisələrin fonunda Ukrayna cəmiyyətində onun haqqında zəif prezident imici formalaşdı. Buda nəticə etibarı ilə seçkilərdə Yuşşenkonun az səs toplaması ilə nəticələndi. Qısacası Yuşşenkonun məglubiyyətinin ən böyük səbəbi iqtisadiyyatı normallaşdıra bilməməsidir. Bununla yanaşi ölkə demoktarik seçki keçirərək sivil ölkə olduqlarını dünyaya göstərdilər. - Belə demək mümkünsə, Amerika-qərb Ukraynanı Rusiya ya uduzdular. Bu, fikirlə razılaşirsınızmı? - Rusiyanın onsuzda Ukraynaya təsir imkanları Amerika-qərbdən genişdir. Bu təsirlər siyasi-iqtisadi əlaqələrdən tutmuş coğrafi amilə qədərə gedib söykənir. Rusiya istədiyi vaxtda Ukraynada siyasi gərginliyi yaradırdı və demək olar ki, buna ustaqlada reallaşdıra bilirdi. Ukraynanın şərqi Rusiya meylli qüvvələrin təsirindədir. Ancaq qərbində isə millətçilər üstünlük təskil edirlər. Ölkə adətən qərb və Rusiya arasında ikiyə bölünmüş vəziyyətdədir. Ayrıca onu qeyd etməliyik ki, Qərb Rusiya-Ukrayna arasında olan siyasi çəkismələrdən çəkindi. Çünki, bunun təsirləri qərbə də gəlib çatirdi. Bilirsiniz ki, qaz qalmaqalı bir neçə avropa ölkəsinin qazsız qalması ilə nəticələnmişdi. Ona görədə qərbdə geri çəkilmələr müşahidə olunmağa başladı. Qərbə yaxın və öz ölkəsinin milli maraqlarını düşünən, milliyyətçi fikirə sahib olan birinin Ukraynada siyasi hakimiyyətdə olması faktoru isə Kremlinin milli maraqlarına cavab vermir. Təsadüfi deyil ki, bu günlərdə Rusiyanın baş naziri Vladimir Putin maraqlı açıqlama verdi ki, Rusiyanı “Ukraynalaşmağa” gətirib çixartmaq olmaz. - Seçimlərdə Regional partiyasının sədri Viktor Yanukovic qələbə qazandı və bundan sonra ölkənin xarici siyasətində köklü dəyişiklər gözlənilirmi? Xüsusilə bəzi analitiklər belə bir fikir bildirirlər ki, Ukraynada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Yuşşenko administrasiyası elə bir siyasət yürüdüb ki, o relsdən geri dönmək mümkün deyil. Yəni demokratiya, avroatlandik inteqrasiya... - Ukraynada hansı siyasi qüvvələrin hakimiyyətə gəlməsində asılı olmayaraq milli maraqlar əsas götürələcəkdir. Bu gün ola bilər ki, Viktor Yanukoviç və ya Timoşenko, Yuşşenkodan fərqli olaraq ölkənin siyasi gələcəyini başqa istiqamətdə görürlər, ancaq Ukrayna inkişaf tempi ilə öz yoluna davam edəcəkdir. Biz seçki marafonunda Yanukovicində, Timoşenkanın səsləndirdiyi bəyanatlarına nəzər salsaq görürük ki, Ukraynanın siyasi gələcəyilə bağlı elədə təhlükəli tendensiya hiss olunmur. Hər halda, yaxın zaman hər şeyi göstərəcəkdir. Birdə unutmaq olmaz ki, Ukraynada demokratik sistem oturuşmuş vəziyyətdədir. Yuşşenkonun ən böyük nailiyyətlərindən biridə siyasi sistemdə demokratik seçki deyilən anlayışı-təcrübədə Ukrayna xalqına göstərə bildi. Yuşşenko bu, hərəkəti ilə öz adını Ukrayna tarixinin şanlı səhifəsinə yazdı. Ukrayna xalqı yeni idarəcililərdən gələcək 5 ildə ölkədəki ekonomik, maliyyə və işsizlik problemlərinin həllini gözləyir. Ayrıca daxili siyasətdə sabitlik istəyirlər. Xalq və iş adamaları daxili problemlərdən yoruldular. Əgər idarəcilər də bu 5 ildə bunu edə bilməsələr, bir dahakı seçimlərdə Yuşşenkonun vəziyyətinə düşəcəklər. - Asif bəy, yeni administrasiyanın Azərbaycanla münasibətlərində hansısa dəyişiklər gözlənilirmi? - İnanmıram ki, hansısa köklü dəyişiklər baş versin. Ukraynın Azərbaycanla münasibətləri sabitdir. Hətta bu əlaqələr strateji səviyyədə davam edir. Ukraynada enerji sektorunda Azərbaycanla əməkdaşlığları var. Kuçmanın, Yuşşenkonun dönəmində münasibətlər neçə inkişaf edirdisə- Yanukoviç hakimiyyəti dönəmində ən azından mövcüd olan münasibətlər normal məcrada inkişaf edəcəkdir. Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor qurumları həm iqtidarla, həmdə müxalifətlə yaxşi əlaqələrə malikdirlər. Əsas odur ki, Azərbaycan diaspor iki dövlət arasında əlaqələrin qurulmasında mühum rol oynayır. Hazırda, hər iki ölkənin siyasi-iqtisadi və mədəni əlaqələri güclü tellər üzərində qurulduğuna görə yeni rəhbərlik formalaşmış strateji münasibətlərin inkişafından kənara çixmayacaqdir. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar