SON XƏBƏRLƏR

O tay haqqında bu taydan reportaj

2021.10.20, 07:36
 O tay haqqında bu taydan reportaj

Gunaz.tv
GünAzTv: Aşağıda oxyacağınız reportaj BBC Azeri News tərəfindən hazirlanib, bizim fikirimizi əks etdirməyə bilər. BBC: İranda davam etməkdə olan etiraz mitinqləri yalnız paytaxt Tehranda deyil, həm də ölkənin şimalında, Azərbaycanlıların məskunlaşdığı Təbrizdə də keçirilir. İran əhalisinin demək olar ki, 25 faizini Azərbaycanlılar təşkil edir. Və onların əksəriyyəti haqlarının tapdalanmasından, xüsusilə də, ana dillərinin və ədəbiyyatının orta məktəblərdə tədris edilməsinə yasaqlardan şikayətlənirlər. Azərilər deyirlər ki, rəsmilər etnik azərbaycanlıların etiraz dalğasının qalxmasından ehtiyatlanırlar. Bəs sərhəddə toplaşan azərbaycanlılar onların İranla münsibətlərini necə görürlər? Hər iki ölkə arasındakı sərhədin Azərbaycan tərəfindən BBC müxbiri Tom Esslemont xəbər verir: Səhər saat 9-dur və Azərbaycanla İran arasınadkı sərhəddə əllərində iri plastic paketlər tutmuş onlarla azərbaycanlı qadın və kişi passport nəzarətinin bap-balaca boz rəngli metal darvazasından içəri daxil olmaq üçün bir-birini itəliyirlər. Bu darvazanın arxasında İran ərazisidır. Video reportaja ingilis dilində baxmaq üçün bu linkə daxil olun Sərhədçilər onları sıraya düzməyə çalışırlar. Burada həmçinin sərhədin əks tərəfindən daxil olmaq istəyənlər də var. Sərhəd darvazasından mənə tərəf gələn bir qadının bazar çantaları fındıq-qoz və meyvələrlə doldurulub. İzdihamlı kütləni itəliyərək, özünə yol açan üç azərbaycanlı qadından ən səsli-küylüsü mənə deyir ki, o, İran tərəfindəki bazarda olub. Çünki ərzaq burada daha ucuzdur və cüzi pensiyasının müqabilində o, daha çox qida məhsulu əldə edə bilir. Bu əhvalat Astaradakı sərhəddən o taya keçib qayıdan onlarla insanın dediklərini əks etdirir. İranlılar isə bu taya spirtli içkilər almaq üçün gəlirlər, çünki spirtli içkilərin satışı İranda yasaqdıq. Lakin belə azad hərəkət heç də hamı üçün açıq deyil. Məhəmməd Rəza Ləvali yalnız bir gaz peçi tərəfindən isidilən ikiotaqlı, rütubətli və qaranlıq bir mənzildə tək yaşayır. Öz etnikliyinə görə təqib edildiiyni iddia edən əslən azərbaycanlı olan bu iranlı İranı sentyabr ayında tərk edib. O, uzun müddərdir ki, İran hökümətinin tənqidçisi kimi tanınıb. İndi isə o, geriyə qayıtmayacağını deyir. "Mən azərbaycan dilində yazırdım və məqalələrimi qəzetlərdə çap etdirirdim. Mən höküməti şiddətli tənqid edirdim. Tezliklə rəsmilər məni həbs etdilər. Mən bir neçə dəfə həbs olundum və həbsdə mənim bədənimə elektrik cərəyanı keçirdilər. İranda insan haqları deyilən məfhum yoxdur. Mən oranı tərk etməli oldum" - deir Məhəmməd Rəza Ləvali. Məhəmmədin əhvalatınının dürüstlüyünü yoxlamaq mümkün deyil və İran konstitusiyası Azərbaycan dilinin tədrisini qadağan etmir. Lakin biz adlarının çəkilməsini istəməyən başqalarının da bunaoxşar əhvəlatları ilə qarşılaşdıq. Və İran əhalisinin dördə birini təşkil edən Azərbaycanlılar tez-tez onların mədəniyyəti və dilinin İranda məhdudlaşdırılmasından şikayətlənirlər. Transitions Online mərkəzinin Qafqazlar üzrə layihə meneceri Emin Hüseynzadə deyir ki, Azərbaycanlılar və İran rəsmiləri arasında münasibətlər həmişə narahat olub. "Bu hələ Şahın dövründən başlayıb. Və Azərbaycanlıları təhsildən və mədəniyyətindən kənar saxlamaq bir ənənədir. Onlar öz oğul ya qızlarına azərbaycanlı adı qoya bilməyiblər. İrandakı mədəniyyət azərbaycanlıları Farsa çevirməyə məcbur edir. Əslində əsas problem budur" - deyir Emin Hüseynzadə. Ayrılıq kimi xalq mahnıları İrandakı azərbaycanlıları Azərbaycana dönməyə səsləyir. Bu ziddiyəttli məsələ hələ Sovet İttifaqı və İran Şahı zamanından mövcuddur. Bu münasibətləri daha da düyünə salıb çətinləşdirən isə Azərbaycanın İsraillə yaxşı münasibətləridir. İndi gərginliyin artmasını İranın öz qəzəbini televiziya vasitəsilə göztərməsi də nümayiş etdirir. Sərhəd yaxınlığında, çay otağında onlarla kişi kiçik stəkanlardan isti yaşıl çay içə-içə televizora baxırlar. Azərbaycan dilində olan televiziya proqramları İranın Səhər TV kanalı vasitəsilə yayımlanır. Bir coxları onu yalnız sadəcə maraqlandıqlarına gözə seyr edərək, İran hökümətinin təbliğatı adlandırırlar. Bu çay otağına vaxtaşırı baş çəkən jurnalist Xaqani İbadov yenə də burdadır. Öz araşdırması üçün daim izlədiyindən, bütün bunları daha yaxşı bilir. "Şübhə yoxdur ki, Səhər TV İran hökumətinin səsidir. Aparıcılar tez-tez Azərbaycanı sionist rejim olmaqda təqsirləndirirlər, çünki bizim İsrail ilə münasibətlərimiz var. Bu onların Azəri millətçiliyi barədə nə qədər naraht olduqlarını göstərir" - deyir Xaqani İbadov. Azərbaycanlıların əksəriyyəti İranla sərhədin o tayından bu tayına azad keçə bilirlər. Üzdə hər iki hökümətin möhkəm iqtisadi əlaqələri də mövcuddur. Lakin təbliğat və bəzi azərbaycanlılara olan münasibət hər iki qonşu arasında ideoloji fərqlərin artmaqda olduğunu göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar