SON XƏBƏRLƏR

Azərbaycanın birinci xanımı Fransanın "Şərəf Legionu" ordeni ilə təltif edildi

2021.10.20, 07:36
Azərbaycanın birinci xanımı Fransanın "Şərəf Legionu" ordeni ilə təltif edildi

Gunaz.tv
GünAzTv: Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib. AzərTAc-ın xəbərinə görə, Fransa prezidenti Nikolya Sarkozi Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu barədə məlumat verərək bildirib ki, Mehriban xanım Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülüb. Dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən "Şərəf Legionu" ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu" ordeninin 5 dərəcəsi var. 11 nəfərdən ibarət çox nüfuzlu Mükafat Komissiyası ordenə təqdim olunmuş şəxslər barədə məlumatları araşdırdıqdan sonra onun təqdim edilməsinə icazə verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar