SON XƏBƏRLƏR

Rusiya Tehranı "küncə sıxmamağa" çağırır

2021.10.20, 07:36
Rusiya Tehranı "küncə sıxmamağa" çağırır

Gunaz.tv
GünAzTv: Rusiya İranı "küncə sıxmamağa" çağırıb. Bu ölkənin Təhlükəsizlik Şurası sədrinin müavini Vladimir Nazarov bildirib ki, hər hansı tərəfə təzyiq arzuolunmaz nəticələr verə bilər. Bu bəyanat İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfəri fonunda səslənib. Rəsmi Tel-Əviv hesab edir ki, İrana qarşı beynəlxalq sanksiyaları dəstəkləmələri üçün Rusiya liderlərini inandıra biləcəklər. Son günlər Rusiya rəsmi şəxslərinin bəyanatları Moskvanın Tehrana qarşı sanksiyalara hazır olmasına işarə kimi qəbul edilib. ABŞ-ın vitse-prezidenti Co Bayden isə İrana qarşı sanksiyaları Çinin dəstəkləyəcəyinə inandığını deyib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin dəstəyi sanksiyaların tətbiqində həlledici rol oynayır. Təhlilçilər deyirlər ki, əgər Rusiya mövqeyini dəyişməsə, Çini İrana təzyiqin zərurətinə inandırmaq çətin olacaq.Tehran təkid edir ki, onun nüvə proqramı dinc xarakter daşıyır, amma İsrail və Qərb ölkələrini bu zəmanət inandırmır. BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan dövlətlərdən İrana qarşı sanksiyalar əleyhinə indiyədək Rusiya ilə Çin çıxış edib.Almaniyanın xarici işlər naziri Qido Vestervelle deyib ki, İran nüvə fəaliyyətini davam etdirəcəyi təqdirdə daha ciddi iqtisadi sanksiyayla üzləşəcək. Ona görə də Berlin rəsmisi Tehranı dialoqa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar