SON XƏBƏRLƏR

İntiqam Məmmədov“İran rejimi Milli Hərakatın qarşısında sona kimi dayana bilməyəcək“

2021.10.20, 07:36
İntiqam Məmmədov“İran rejimi Milli Hərakatın qarşısında sona kimi dayana bilməyəcək“

Gunaz.tv
GünAzTv: Almaniyada yaşayan fəal diasporçu, hüquqşünas İntiqam Məmmədovun GünAz.TV Mətbuat Xidmətinə müsahibəsi: - İntiqam bəy, artıq neçə illərdir ki, Almaniyada yaşayırsınız. Bu gün Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyəti hiss olunurmu? - Açığı deyim ki, Almaniyada diaspor fəaliyyətilə məsgul olan bir qurum və yaxudda bir cəmiyyət tanımıram. Tanıdıqlarım bir neçə fərdi adamlardır. Onlarda ara-sıra meyillərinə düşəndə Azərbaycanın problemlərini təbliğ edirlər. Amma Dünya Azərbaycanlıları Konqresi və yaxudda Avropa Azərbaycanlılari Konfederasiyası adı altında olan qurumlardan azacıq xəbərim vardır. Ara-sıra mətbuatdan oxuyuram ki, onlar hansısa bir tədbirlər keçirirlər. Doğrusu diaspor deyilən zaman Kürdlərin xarici ölkələrdə fəaliyyətlərini götürsək onların milli zəmində diaspor fəaliyyətləri yadıma düşür. Məncə sualınızdan və cavablayacağımdan aydın olur ki, Dövəti olmayan bir millətin diaspor fəaliyyətinin səviyyəsi bizlərin fəaliyyətlərindən qat-qat genişdir. Bunu ona bağlamaq olar ki, onları dəstəkləyən qüvvələr vardır. Siyasətdə belə bir söz var deyərlər ki, „bildiyin hər fikiri ortaya qoymamalısan“. Həmdə bunun izahı çox vaxtımızı aparar. - Bəs, Erməni diasporunun imkanları... Diaspor fəaliyyətli çərçivəsində bədxah qonşularımız 100 ildən çoxdur ki diaspor işini millət olaraq öz üzərinə ona görə götürə bilibki onların fikirləri „tarixi torpaqlarını” hər vəclə geri almaqdan ibarətdir. Məsələn, Türkiyədə olan torpaqları nəzərədə tuturam. Buna rəvac verən əlbətdə bir sıra beynəlxalq təskilatlar və ölkələr vardır ki, onları canıdildən hər tərəfli dəstəkləyirlər. Diaspor fəaliyyətilə əlaqədar onlar bir addım atdıgı zaman onlara cox böyük yardımlar edilir. Birdə axı hansısa bir dindən olmağın cox böyük əhəmiyyəti vardır. İkincisi, Rusiyada olduğu kimi xarici ölkələrin Dövlət qurumlaında bir sıra məmurların erməni millətindən olmasını xatırlatmaq istərdim. Onların fərdi olaraq aktiv olmasının səbəbi gizli fəaliyyətlərilə bağlıdır. Onlar açıq açıgına hazırlıqları fəaliyyətlərini bəyan etmirlər. Bir də görürsən bu gün mətbuatda və mediada yəni TV ekranlarında onların təbliğatları gedir. Amma bizim fəaliyyətimiz bir növ reklam xarakteri daşiyır. Bizim apardıgımız diaspor fəaliyyəti elə bil özümüz üçün təbliğ olunur. Bu onun göstəricisidir ki, millət olaraq hələ Diaspor adını tam anlamırıq. İşğal olunmuş ərazilərimizə gəlincə yəni tarixi torpaqlarımız olan Qarabağı Almaniyanın bir necə vilayətlərində ermənilərin tarixi torpaqları kimi görür və yaxud da bizim ərazilərimiz olmalarını biləməzliyə vururlar. Bu da onun göstəricisidir ki, hələdə təbliğat maşinlarımız istənilən səviyyədə çalismir. Təbliğat maşinları deyəndə onu nəzərdə tuturam ki, işgal altında olan ərazilərimiz haqqında Alman dilində kitablar buraxılmalı və yaxudda xarici ölkə TV- ekranlarına yol tapılmalıdır. Sadəcə buna bir neçə milyon manat yetərlidirki təbliğatımızı genişləndirək. Almanlar kitab oxumagı çox sevirlər. Bir də axı kitab hər daim qalandır. Bir nəsildən o biri nəsilə keçən bir vasitədir, eləcədə tarixdir. TV-ekranlarına baxmağa o qədər həvəsli deyillər. Ancaq gündəlik xəbərləri mütləq izləmədirlər. - Ümumiyyətlə, Almaniyanın siyasi institutlarında, strateji mərkəzlərində Dağlıq Qarabağın erməni işgal altında olduğunu bilirlərmi? Doğrudur Almaniyanın siyasi institutlarında, strateji mərkəzlərində Qarabağ və işgal altında olan ərazilərimiz haqqında geniş xəbərləri vardır. Amma onlara sərf etmir bizim problemlərimizi cəmiyyətə təbliğ etsinlər. Hər işin başinda pul dayanır. Əgər Azərbaycan Dövləti bu işdə maliyyə dəstəyi versə bu işin azacıq da olsa öhdəsindən gəlmək mümkündür. Özümlə və yaxudda təskilatımızla bağlı bir fikir söyləmək niyyətində deyiləm. Zamanında gördüyümüz işlər haqqıda yəqin ki, Mediada oxumuzsunuz. Gördüyümüz işlər çox çətinliklər bahasına başa gəlsədə yaşadığım əyalətdə artıq torpaqlarımızın erməni separatçıları tərəfindən işgal olunmasından xəbərdardırlar. Bir sıra siyasi partiya və insan hüquqları müdafiə təskilatları bizi dəstəkləyir, haqlı olduğumuzu bəyan ediblər. Amma bu o demək deyil ki, bu bizim tam qələbəmiz və yaxudda Diaspor fəaliyyətimizin göstəricisidir. Diaspor fəaliyyəti dayanmadan çalismalidir. - Güney Azərbaycanda gedən prosesləri izləyirsinizmi? Milli Hərakatla bağlı düşüncələrinizi oxucularımızla bölüşmənizi istərdik: Güney Azərbaycan bizlərin ən ağrılı yerimizdir. İran deyilən ölkədə 35 milyon Azərbaycanlılarımızın adicə öz doğma dilində oxuyub yazma haqlarınn olmaması hər bir soydaşlarımızın problemidir. Bu, təbliğatı burada yaşadığım sürəcə hər zaman hər yerdə təbliğ edirəm. İstər fərdi qaydada istərsədə təskilatımızın hazırladığı planlar çərçivəsində. Onu deyə bilərəm ki, istər güney Azərbaycanda və istərsədə xarici ölkədə son vaxtlar Milli Hərakatla bağlı aktivlik mübarizəsi müşahidə olunur. Əgər bu cür davam edərsə şübhəsiz ki, güneyli soydaşlarımızın tələbkarlığı baxımından mübarizəsi qələbə ilə nəticələnə bilər. Əlbətdə bu cür tələblər davamlı olaraq hərəkatla bağlı olunsa. İran deyilən ölkədə on milyonlarla soydaşlarımızın öz tarixi torpaqlarında haqlarının kəskin şəkildə pozularaq çətin yaşamalarına baxmayaraq, Milli hərəkat mübarizəsi bir qədər çətin olsada, qələbə əzmini addım-addım həyata keçirmək üçün daxildə olan fəal qüvvələr azlıq təskil etsədə, sonucda xalqın artıq oyanmasında ciddi işlər görülüb və sanıram bu proses davam etməkdədir. Hamının siyasi fikirlərindən fəqli olaraq onu bildirim ki, Güneyli soydaşlarımızın milli zəmində tam müstəqil olaraq qələbəsi çətin olan məsələlərdən biridir. Yəni tam qələbə dedikdə ərazilərin coğrafi dəyişikliyini nəzərdə tuturam. Çünki hal-hazırda Amerika və Avropa İrana qarşi sanksiyalar tədbiq etmə meyilləri olsada İran deyilən ölkəni parçalamaq və orada olan soydaşlarımızın müstəqil olmasına hec bir vəclə razı olmayacaqlar. Hələ mən Rusiyanı demirəm. Bayaq söylədiyim kimi elə siyasi fikirlər var ki, o fikirləri qabaqcadan söyləmək həm çətindir həm də məsuliyyət tələb edir. Amma İranın daxili siyasətini dəyişmək üçün mümkün olan bütün yollardan istifadə olunmasına heç kəsin şübhəsi belə olmasın. Soydaşlarımızın öz ana dilində yazıb oxuması və mədəni haqlarının tələbi uğrunda mübarizəsi davam etməlidir. Bunu bütün beynəlxalq insan hüquqları və siyasi təskilatlar dəstəkləyir. Bu minvalla mədəni siyasi tələblər yerinə yetirilənə qədər mübarizəni əzmlə davam etdirmək gərəkdir deyə düşünürəm. Hər bir millətin özünə məxsus azad və mədəni şəraitdə yaşama haqqı vardır, bu mümkündür buna etiraz bildirilməməlidir. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar