SON XƏBƏRLƏR

Türk Dünyasının musiqi kanalı yayımını genişləndirir

2021.10.20, 07:36
Türk Dünyasının musiqi kanalı yayımını genişləndirir

Gunaz.tv
GünAzTv: İki aydan artıqdır ki, İstanbuldan fasiləsiz olaraq yayımlanan türk ölkələrinin ilk və yeganə ortaq telekanalının -“Türk Musiqi Birliyi”nin (TMB-www.tvtmb.com) tamaşaçıları gündən-günə artmaqdadır. GünAzTv mətbuat mərkəzinin ans-ə istinadən yaydığı məlumata görə, TMB-nin Azərbaycan təmsilçiliyindən bildiriblər ki, dünya peyk, Türkiyənin qərb və şərq peyk şəbəkəsi ilə beynəlxalq auditoriyaya təqdim olunan TMB həm də ayrı-ayrı ölkələrin kabel teleyayımları vasitəsilə əhatə dairəsini sürətlə genişləndirir. Azərbaycanda çoxsaylı abunəçiləri olan “KTV-1” kabel televiziyası bu günlərdə ölkəmizdə birinci olaraq TMB-nin yerli tamaşaçılarını artırmaq təklifini cavablandırıb. Artıq respublikamızın telemusiqisevərləri ”KTV-1”in şəbəkəsində rəqəmsal formada, TMB-nin yayımına baxmağa başlayıblar. İdeyanı həyata keçirmiş Türkiyənin tanınmış telequrucusu və musiqi təbliğatçısı Naim Burak Elçi bu günlərdə ölkəmizdə olarkən TMB-nin yayımının genişləndirilməsi ilə bağlı görüşlər keçirib və TMB-nin məramı türkdilli ölkələrin modern musiqisini qlobal məkana çıxarmaq fikrində olduğunu bildirib. Ölkəmizdə ilk olaraq “KTV-1” kabel televiziyası TMB-nin yüksək məramına beynəlxalq tələbata cavab verən yayımla lazımi diqqət göstərib. Bir neçə gündür ki, TMB-ni “KTB-1” tamaşaçıları da yüksək keyfiyyətdə izləyə bilirlər. Yaxın vaxtlarda türk musiqisi kanalının ”B&B TV communication" və “Connect TV” şəbəkələri ilə yayımı da nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar