SON XƏBƏRLƏR

Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

2021.10.20, 07:36
Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Gunaz.tv
GünAzTv: Fevralın 26-da Vaşinqtonda Xocalı soyqırımının ildönümünü və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına etiraz məqsədilə nümayiş keçiriləcək. Azərbaycan diasporu tərəfindən təşkil olunacaq tədbir Vaşinqton polisi və xüsusi xidmət idarəsi ilə razılaşdırılıb. GünAzTv mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə, “Nümayişçilər səs ucaldıcılar və şüarlarla təmin olunacaqlar. Amma onlar özləri ilə tədbirə plakatlar, bayraqlar və digər etiraz vasitələri də gətirməkdə sərbəstdirlər. Vaşinqtonda gərgin nəqliyyat hərəkətini və dayanacaqlarda yer olmamasını nəzərə alaraq, iştirakçılardan xahiş olunub ki, mitinq yerinə vaxtında çatmaq üçün ictimai nəqliyyatdan, xüsusilə də metrodan istifadə etsinlər”. Tədbirin təşkilatçılarından biri belə deyib. Nümayişçilər Dupon dairəsində (Dupon Circle) toplanacaq və buradan Ermənistan səfirliyinə doğru hərəkət edəcəklər. Azərbaycan və türk diasporları fevralın 26-da həmçinin Vaşinqton və San-Fransiskoda Xocalı şəhidlərinin anım mərasimi və Pax Turcica seminarları təşkil etməyi planlaşdırırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar