SON XƏBƏRLƏR

Tehran iki əsas məqsəd üçün nüvə silahı əldə etmək istəyir

2021.10.20, 07:36
Tehran iki əsas məqsəd üçün nüvə silahı əldə etmək istəyir

Gunaz.tv
GünAzTv mətbuat mərkəzi Kəşfiyyat Sammitinin (Intelligence Summit) vitse-prezidenti və Əks-kəşfiyyat və Təhlükəsizlik üzrə Araşdırmalar Mərkəzinin (CI Centre) professoru, İran Kəşfiyyat Xidməti üzrə kurs keçən Kleyr M.Lopezun (Clare M. Lopez) Trend News-a verdiyi müsahibəni təqdim edir. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitiki Lopez əvvəllər Dövlət Departamentində ABŞ səfirlikləri üçün texniki təhlükəsizliyin qiymətləndirilməsini aparıb. - Cümə axşamı İran Prezidenti Mahmud Əhmədinejad ölkədə birinci 20 faizlik uran paketinin istehsalının həyata keçirilməsi barədə məlumat verib. Siz hesab edirsinizmi ki, nüvə proqramı İranın daxili siyasətinə təsir edir? - Ölkənin dini hakimləri nüvə silahını xarici və daxili siyasətdə zəruri hesab edir. Ölkənin daxili vəziyyətinə gəlincə, mollalar inanır ki, nüvə silahına sahib olmaq milli iftixara dəstək olacaq, həmçinin mürtədləri və daxili opponentləri inandırır ki, əgər bütün dünya bomba düzəltməkdə İrana mane olmasa, bu zaman onların axtarış azadlıqları da ümidsizdir. İran iki əsas məqsəd üçün nüvə silahı əldə etmək istəyir. Bu məqsədlər Fars körfəzi və Yaxın Şərq regionunda, avantür aqressiya da daxil olmaqla, geostrateji ağalıq etmək və sünnilərin beynəlxalq cihad hərəkatındakı liderliyini ələ keçirməkdən ibarətdir. "Şiə yüksəlişi" ideyası Fars imperiyasının bərpa edilməsi və şiələrin başçılığı ilə İslam cihadını Qərbə, qeyri-müsəlman dünyasına qarşı qaldırmaqdan ibarətdir. - Fikrinizcə, İran birinci 20 faizlik uran paketinin istehsalını başa çatdırsa belə, iranlılar onun istifadəsi üzrə xüsusi texnologiyalara sahibdirlərmi? - Mən əminəm ki, İran artıq nüvə başlıqları hazırlayıb və ola bilsin ki, yerin dərinliklərində onların zəncirvari olmayan, parçalanmayan nüvə reaksiyasını, buraxıcı qurğuları sınaqdan keçirib. Düşünmürəm ki, İranın tam nüvə yanacağı silsiləsi ələ keçirməsi ilə bağlı hansısa şübhələr var. 20 faizlik zənginləşdirməyə keçid beynəlxalq birliyin gücsüzlüyünün son çağırışıdır. Ölkənin əlavə iri addım ataraq 4-5 faizlik zənginləşdirməyə nail olması sadəcə sentrifuqun təkrar təsnifləndirilməsi üzrə tapşırıqdır. Ən çətin mərhələ başlanğıcdır - inşa etmək, quraşdırmaq, sentrifuqun təftişi və onların kaskadda əlaqələndirilməsidir. Bu mərhələlərin öhdəsindən gələndən sonra qalanı asan olur. Həmçinin uranın 90 faizədək, hətda 93 faizədək (silah səviyyəsində) zənginləşdirilməsi prosesi çox tez başa gələcək. Nəticədə, Nətənz və Qumun İranda yeganə nüvə zənginləşdirmə mərkəzi olmasını düşünmək ağılsızlıq olar. Bizim digər gizli obyektlərdə zənginləşdirmənin hansı mərhələdə olması barədə anlayışımız yoxdur. - Düşünürsünüzmü ki, İranın nüvə proqramı iqtisadi sanksiya təzyiqinə davam gətirə biləcək? - Xeyr, İran rejminin mövcudluğunun real təhdidindən başqa heç bir səbəb İranın nüvə silahı hazırlamaq prosesinin qarşısını almır. Bu halda sanksiya faydasızdır. - Ümumilikdə, İranın nüvə proqramını necə dayandırmaq olar? ABŞ-ın bu məsələdə nə kimi rolu var? - İranın yaxın gələcəkdə nüvə silahına sahib olmasına mane olmağın yeganə yolu uranın zənginləşdirilməsi üzrə məşhur obyektlərin məhv edilməsi, yaxud həmin rejimin əvəz edilməsidir. Rejimin əvəz edilməsi bir neçə üsulla mümkündür. Bu üsular daxili patlayış (inqilabın yaradıcıları öz aralarında müharibə edəcəyi zaman), daxili irtidad hərəkatı, məsələn yaşıl müxalifət (lakin bu çox uzun bir yoldur və amansızlıqla qarşısı alınacaq); İsrail, ABŞ ya digər beynəlxalq birliklər tərəfindən xarici hücum üsuludur. Lakin çətin ki, ABŞ daxili mürtədlərə dəstək üçün heç olmasa cüzi qüvvə sərf edə, çünki Obama administrasiyası mollalarla nüvə probleminə dair razılaşmanın mümkünlüyünə sadəlövhcəsinə inamını qoruyub saxlamaq istəyir. Bu heç vaxt olmayacaq. Beynəlxalq birliklər, xüsusilə də MAQATE, BMT və Təhlükəsizlik Şurası son dərəcə gücsüzdür, xüsusilə də ona görə ki, Çin və Rusiya hesab etmirlər ki, İranın dayandırılması hazırda onların milli maraqlarındadır. Yalnız İsraildə hərəkət etmək imkanı və iradəsi var. Mən hesab edirəm ki, nəticədə İsrail sonuncu "qırmızı xəttin" keçildiyini anlayan zaman, yaxud xüsusilə də oyunun qaydalarını dəyişərək İran HHM raket sistemi (Rusiyadan S-300 raketləri) əldə edən zaman, yaxud taktiki gözlənilməz hadisə üçün ən yaxşı vaxtın gəldiyini qərara aldığı zaman zərbə vuracaq. Bu, İsrail üçün ölüm-qalım məsələsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar