SON XƏBƏRLƏR

Ermənistan İranda yaşayan ermənilərə dərslik göndərəcək

2021.10.20, 07:36
Ermənistan İranda yaşayan ermənilərə dərslik göndərəcək

Gunaz.tv
GünAzTv: İran İslam Respublikası ilə Ermənistan arasında çeşidli sahələr üzrə əlaqələr dərinləşir. Belə münasibət özünü mədəniyyət sahəsində də göstərir. Ötən gün İranın İslam İrşad və Mədəniyyət Nazirliyi ilə Ermənistanın uyğun qurumu arasında 2010-2012-ci illər üçün əməkdaşlığa dair müqavilə imzalanıb. GünAzTv mətbuat mərkəzinin "lent.az"-a istinadən yaydığı məlumata görə, Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan və onun iranlı həmkarı Mehdi Mustafavi imzalanmış sənəddən məmnun olduqlarını bəyan ediblər. M.Mustafavi bildirib ki, rəsmi Tehran Yerevanla mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir. Onun sözlərinə görə, İslam Respublikası müqəddəs Faddeya kilsəsini yaxın zamanlarda bərpa edəcək. İranlı nazir Yerevandakı Göy Məscidin qorunmasını da alqışlayıb. Qeyd edək ki, ermənilər Yerevanda dağılmaq üzrə olan bu məscidi “fars mədəniyyətinin incisi” kimi təqdim edir. İmzalanmış anlaşmaya əsasən, İranda və Ermənistanda mədəniyyət günləri, festival və sərgilər keçiriləcək. Bu tədbirlər isə İran-Ermənistan birgə komissiyası həyata keçirəcək. Bu proqram çərçivəsində artıq Yerevanda İran İslam Respublikasının çağdaş incəsənət əsərlərinin sərgisi açılıb. Bu yaxınlarda Ermənistanın diaspor naziri Hranuş Akopyan Tehranda səfərdə olub. Onun dediyinə görə, İranda yaşayan ermənilər barəsində sənədli film çəkiləcək. Erməni nazir bildirib ki, bu haqda İranın mədəniyyət naziri M.Mustafavi və İslam Respublikasının başqa rəsmiləri görüşdə razılıq əldə olunub. Görüşdə başqa məsələlər, o cümlədən İrandakı erməni məktəblərinin erməni dili dərsliyi ilə təmin edilməsi məsələsi müzakirə olunaraq, uyğun anlaşma əldə edilib. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar