SON XƏBƏRLƏR

İran-qərb münasibətləri gərginləşir

2021.10.20, 07:36
İran-qərb münasibətləri gərginləşir

Gunaz.tv
GünAzTv: İran artıq nüvə dövləti olduğunu iddia edir. Vaşinqton isə buna inanmır. Tehrana qarşı beynəlxalq sanksiyanın tətbiqi istiqamətində səylərin gücləndirilməsinə çalışan Birləşmiş Ştatlar insan haqları ilə bağlı İrana qadağa tətbiq edib. Almaniya isə rəsmi Tehranı dialoqa çağırıb. İran nüvə fəaliyyətini davam etdirəcəyi təqdirdə daha ciddi iqtisadi sanksiyayla üzləşəcək. Belə bəyanatla Almaniyanın xarici işlər naziri Qido Vestervelle çıxış edib. O, rəsmi Tehranı dialoqa çağırıb. İranın nüvə dövləti və uranı 80-faizdən daha yüksək saflaşdırmağa qadir olmasına Vaşinqton qəti inanmır. Ağ Evin mətbuat katibi Robert Qibbs bu iddiaların sadəcə siyasi xarakter daşıdığını bildirib. Sözügedən iddiaları İslam inqilabının 31 ildönümündə prezident Mahmud Əhmədinicat səsləndirib. Bu arada Birləşmiş Ştatlar Konqresində İrana qarşı yeni sanksiya layihəsi irəli sürülüb. Senator Con Makkeyn və Cozef Libermanın təqdim etdiyi layihə insan haqları sahəsinə aiddir. İran müxalifəti isə islam inqilabının 31-ci ildönümü münasibətilə keçirilən tədbirlərdən istifadə edərək, yenidən küçələrə çıxıb. Polis nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edib, hətta xəbərdaredici atəş açıldığı da bildirilir. Xəsarət alanlar var. Verilən məlumata görə, aksiya zamanı 30 müxalifətçi həbs olunub. Müxaliftçilər Tehranda yanğınlar da törədiblər. İran müxalifətini dəstəkləmək üçün Birləşmiş Ştatlar və Kanadada aksiya keçirilib. Nyu-Yorkda BMT qərargahı önündə toplaşan bir qrup nümayişçi İran hökumətinin müxalifətə qarşı atdığı addımları pisləyib. Kanadada isə Vankuverdə qış olimpiya oyunlarının mətbuat mərkəzi qarşısında yığışan nümayişçilər İrandakı syiasi həbsləri tənqid ediblər.lider

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar