SON XƏBƏRLƏR

iki milli-mədəni fəala həbs və şallaq hökmü çıxarılıb

2021.10.20, 07:36
iki milli-mədəni fəala həbs və şallaq hökmü çıxarılıb

Gunaz.tv
GünAzTv: Təbriz Məhkəməsi iki milli-mədəni fəal Nadir və Cahanbəxş Bəxtavərə hökm oxuyub. GünAzTv mətbuat mərkəzinin “Bizim Təbriz News” -a istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz milli-mədəni fəallara 91 gün həbs və 30 zərbə şallaq cəzası kəsilib. Məlumata əsasən onlar “Təbrizin Təxti Stadionunda, çıxış zamanı səs-küy yaratmaq”-da ittiham olunublar. Çıxarılan hökmə, 20 gün ərzində Şərqi Azərbaycan Vilayətinin Apelyasiya Məhkəməsinin (Dadgah-i Təcdide Nəzər) baxması mümkündür. Xatırladaq ki, 2009-cu il may ayının 25-də Mir Hüseyn Musəvinin (keçmiş prezidetnliyə namzəd) Təbrizdəki çıxışı milli hüquqların tələbi səhnəsinə çevrilmişdi. Çıxışda iştirak edən milli fəallar bir neçə digər fəalla birlikdə İran Təhlüksizlik Qüvvələri tərəfindən tutuqlanıb, iki həftə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar