SON XƏBƏRLƏR

Təbrizdə bir neçə tanınmış milli-mədəni fəal həbs olunub

2021.10.20, 07:36
Təbrizdə bir neçə tanınmış milli-mədəni fəal həbs olunub

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanda məhbusların siyahisi genişlənməkdədir. Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində qonaqlıq mərasimində bir neçə tanınmış milli-mədəni fəal tutuqlanıb. GünAzTv mətbuat mərkəzinin “oyrenci”-yə istinadən yaydığı məlumata görə, Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlananların içində Asif Hacizadə (yazıçı), Cəlil Yəqubzadə (Yazıçı) və Vəhid Şeyxbeyglunun (Arman öyrənci qurumunun keçmiş üzvü) olduğu bildirilir. Naməlum istiqamətə aparılan milli-mədəni fəalların hansı səbəbdən tutulması haqda məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar