SON XƏBƏRLƏR

Qabil Hüseynli: İran ətrafında daralmaqda olan həlqəni görür və hirsini zəif hesab etdiyi Azərbaycana yönəltməyə çalışır

2021.10.20, 07:36
Qabil Hüseynli: İran ətrafında daralmaqda olan həlqəni görür və hirsini zəif hesab etdiyi Azərbaycana yönəltməyə çalışır

Gunaz.tv
GünAzTv: İsrailin xarici işlər naziri Avidqor Libermanın Bakıya səfəri İran hakimiyyətini qəzəbləndirib. Libermanın səfərinin İranı narahat etməsi də şübhə doğurmur. İsrail prezidenti Şimon Peresin bir müddət əvvəl Bakıya səfəri ilə bağlı narazılığını hərbi komandan səviyyəsində, bildirən və Azərbaycanı hədələyən İrandan hələlik rəsmi reaksiya olmasa da İran telekanallarından ölkəmizə qarşı qəzəbin olduğu açıq görünür. İranın İnqilab Keşikçiləri Korpusuna bağlı “Səhər” Libermanın səfəri ilə bağlı Azərbaycanı gözdən salmağa xidmət edən süjet yayımlayıb. Süjetdə Azərbaycan-İsrail təmasları fonunda Qəzzada öldürülən uşaqlar təsvir edilir. Azərbaycan XİN bu süjetə etiraz olaraq İranın Bakıdakı səfirinə nota təqdim edib. İran mənbələri onu da bildirir ki, İsrail Azərbaycanla Tehrana qarşı kəşfiyyat əməkdaşlığı məsələlərini müzakirə edir və bu sahədə bəzi razılaşmalar əldə edilib. Rusiya və İsrail mənbələri isə Libermanın Bakıda apardığı danışıqlar zamanı İranın nüvə proqramları ətrafında yaranmış vəziyyətin müzakirə edildiyini xəbər veriblər. İsrail XİN-dəki qaynaqlardan bildirildiyinə görə, danışıqların başlıca məqsədlərindən biri rəsmi Bakının İrana nüvə məsələsi ilə bağlı təsir göstərməsidir. Tehranda hesab edirlər ki, İsrail və onun kəşfiyyatı Azərbaycanda özünü evindəki kimi hiss edir.Beləliklə, yayılan bütün informasiyalar göstərir ki, Azərbaycan İsraillə hərbi, təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə kifayət qədər sıx münasibətlər qurmaq xəttini götürüb. Bir sıra siyasi təhlilçilərin fikrincə, İran hakimiyyəti İsraillə yaxınlaşmanı Azərbaycana bağışlamayacaq. İranın Azərbaycanı hansısa formada ciddi cəzalandıracağı ehtimalı kifayət qədər artıb. Politoloq Qabil Hüseynli də bu fikirdədir ki, İran Azərbaycana qarşı cavab addımı atmaq fikrinə düşə bilər. Amma İranın belə fikirlərə düşməsi və Azərbaycandan narazı qalması haqlı olmazdı: “İran ətrafında daralmaqda olan həlqəni görür və hirsini zəif hesab etdiyi Azərbaycana yönəltməyə çalışır. Azərbaycanı cəzalandırmaq fikrinə düşməkdənsə, dünya ilə problemlərini çözsə İranın özü üçün yaxşı olar”. İrana qarşı qlobal miqyasda sanksiyalara başlandığına diqqət çəkən politoloq bu sanksiyaların hətta müharibəyə də gətirib çıxarda biləcəyini düşünür: “Çünki ekspertlər belə hesab edirlər ki, sanksiyaları nə qədər artırsan da İranın nüvə silahı yaratmaq yolunda hərəkətini dayandırmaq mümkün olmayacaq. Ona görə İranın nüvə obyektlərinin dağıdılması bir nömrəli məsələ kimi gündəmə gəlir. İranın nüvə obyektlərinin bəziləri dağlıq ərazilərdə yer altında olduğundan onu avia bomba zərbələri ilə məhv etmək çətindir. Yalnız ABŞ-da hazırlanmış xüsusi bombalar təqribən 6-8 metr dərinliyində olan hədəfi vurub dağıtmaq gücünə malikdir. İrana qarşı hələ ki, sanksiyalar başlayır. Bu sanksiyalara Çin və Şimali Koreya istisna olmaqla dünya ölkələrinin böyük əksəriyyəti qoşulur. Bu, İrana qarşı mübarizənin birinci mərhələsidir. Sonrakı mərhələ müharibə mərhələsi olacaq. Əgər ABŞ görsə ki, İsrail İranla məsələni təkbaşına bitirmək gücündə deyil, o zaman müharibənin yeni fazasında açıq şəkildə iştirak edəcək. İranda rejim dəyişikliyi məsələsi də gündəmdədir. İrana qarşı hərbi əməliyyatlar daha miqyaslı xarakter ala bilər. İrana qarşı hərbi əməliyyatlarda NATO-nun bəzi ölkələri də iştirak edəcək". Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanın isə İrana qarşı hər hansı əməliyyatda iştirakçı olacağını söyləməyə heç bir əsas yoxdur.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar