SON XƏBƏRLƏR

millət vəkili İranın səmimiliyini göstərməsini istədi

2021.10.20, 07:36
millət vəkili İranın səmimiliyini göstərməsini istədi

Gunaz.tv
GünAzTv: Milli Məclisin bu gün keçirilən iclasında Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc maraqlı təkliflə çıxış edib. Lent.az-ın xəbərinə görə, İranın Dağlıq Qarabağ münaqişəsini həll olunmasına dəstək vermək istəməsi təklifini xatırladan deputat deyib ki, bu ölkə öz səmimiliyini göstərmək üçün Ermənistanla sərhədlərini bağlamalıdır: “İran səmimidirsə, Türkiyə kimi hərəkət edərək Ermənistanla sərhədlərini bağlamalı, iqtisadi münasibətlərini kəsməlidir”. GünAzTv mətbuat mərkəzinin "lent-az"-a istinadən yaydığı məlumata görə, Z.Oruc Milli Məclisin spikeri Oqtay Əsədovun bu yaxınlarda İrana səfər edəcəyini xatırladaraq parlament sədrinin bu məsələnin də qabardılmasını təklif edib. Millət vəkili Fazil Mustafa isə O.Əsədova xitabən İrana səfəri zamanı bu ölkədə həbsdə saxlanılan azərbaycanlı alim Rəşid Əliyevlə bağlı məsələnin də qaldırılmasını təklif edib. O.Əsədov isə artıq bununla bağlı ona müraciət olunduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar