SON XƏBƏRLƏR

Terror Örgütü PKK, Amerikanı təhdid etdi

2021.10.20, 07:36
Terror Örgütü PKK, Amerikanı təhdid etdi

Gunaz.tv
GünAzTv: Türkiyənin PKK terrorçularına qarşı səmərəli mübarizə aparmaq üçün ABŞ (Amerika Birləşmiş Ştatları), Avropa Birliyi və qonşu ölkələrlə etdiyi əməkdaşlıq terror təşkilatında narahatlıq yaradıb. təşkilatın tanınmış şəxslərindən biri Murad Karayılan PKK liderlərinə göndərdiyi məktubda ABŞ ilə Türkiyənin terrorla mübarizədəki əməkdaşlığın artmasına diqqət çəkərək ABŞ-a yönəlik hədələrlə çıxış edib. GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, ABŞ təyyarələrinin İraqın şimalındakı uçuşlarına toxunulan məktubda bildirilir ki, təyyarələr Türkiyə üçün kəşfiyyat məlumatları toplayır: “ABŞ-ın Türkiyə ilə ortaqlığına son qoymasını istəyirik. ABŞ bölgədə kəşfiyyat işləri aparır. Silah-sursat, texniki, kəşfiyyat məsələlərində Türkiyəyə dəstək verir. Bütün bunlar isə ABŞ-ın bizə qarşı döyüşə qatılması deməkdir”. Məktubda daha sonra bildirilir ki, bu təyyarələrlə PKK liderlərinin və üzvlərin vurulmasında birbaşa olaraq ABŞ məsuliyyət daşıyacaq və ABŞ-la bağlı indiyə qədər apardığımız siyasəti yenidən nəzərdən keçirəcəyik. Qeyd edək ki, Türkiyə və ABŞ arasında İraqın şimalındakı PKK varlığına son qoymaq üçün ortaq bir plan üzərində çalışması ilə bağlı keçən həftə mətbuatda informasiyalar yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar