SON XƏBƏRLƏR

Vaşinqton Əhmədinəjadın iddialarını boş söz hesab edir

2021.10.20, 07:36
Vaşinqton Əhmədinəjadın iddialarını boş söz hesab edir

Gunaz.tv
GünAzTv: İran prezidenti Mahmud Əhmədinicatın ölkəsinin nüvə potensialı barədə yeni bəyanatı Qərbdə narahatlıqla qarşılanıb. İslam inqilabının 31 ildönümü ilə bağlı keçirilən mitinqdə çıxışı zamanı Əhmədinicat İranın hazırda uranı 80 faizdən daha yüksək saflaşdırmağa qadir olduğunu bəyan edib. Rəsmi Vaşinqton isə İranın uranı bu səviyyəyədək saflaşdırmaq qabiliyyətinə malik olduğuna inanmır. Ağ Evin mətbuat katibi Robert Qibbs belə açıqlama ilə çıxış edib. O İranın iddialarını rədd edərək, İran liderlərinin fizikaya deyil siyasətə söykənən xəbərlər yaydığını söyləyib. Konqressdə isə İrana qarşı yeni sanksiya layihəsi irəli sürülüb. Senator Conmakkeyn və Cozef Libermanın təqdim etdiyi layihə insan haqları ilə bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar