SON XƏBƏRLƏR

rəsmi Vaşinqton İranı “22 Bəhmən” günü informasiya blokadasına görə məhkum etdi

2021.10.20, 07:36
rəsmi Vaşinqton İranı “22 Bəhmən” günü informasiya blokadasına görə məhkum etdi

Gunaz.tv
GünAzTv: Amerika Birləşmiş Ştatları İranı anti-hökumət nümayişçilərini susdurmaq məqsədilə "az qala tam" informasiya blokadası tətbiq etməkdə günahlandırıb. Dövlət Departamentinin sözçüsü deyib ki, onda olan məlumata görə, telefon şəbəkələri bağlanıb, SMS mesajlarına blokada qoyulub və İnternetdən istifadə məhdudlaşdırılıb. GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İran müxalifəti dünən öz tərəfdarlarını İslam inqilabının ildönümü münasibətilə küçələrə çıxmağa çağırıb. Paytaxt Tehranda və digər şəhərlərdə toqquşmaların olduğu xəbər verilir. Amma məlumatlarda o da deyilir ki, müxalifətin nümayişləri Prezident Əhmədinejadın rəsmi bayram təbriklərini izləməyə toplaşan böyük izdihamın kölgəsində qalıb. Avropa İttifaqının Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Katerin Əşton İranda müxalifət nümayişlərinə "maneələrlə bağlı" bəyanat verib. Bəyanatda deyilir ki, İran İslam İnqilabının ildönümü günü çoxlu sayda iranlıların öz fikirlərini ifadə etməsinin qarşısı alınıb və Avropa İttifaqı bundan narahatlıq ifadə edir. Xanım Əştonun bəyanatında deyilir: "Avropa İttifaqı həmçinin müxalifət liderilərinin susdurulması və qorxudulması və həbsə atılmasının da istisna edilmədiyi barədə məlumatlardan narahatdır". Jurnalist təşkilatlarından Xameneyiyə müraciət Bu arada isə bir sıra beynəlxalq jurnalist təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar və digərləri İran hökumətinə hazırda İran həbsxanalarında olan 60-dan artıq jurnalist məhbusun azadlığa burxaılması üçün təzyiq bəyanatı imzalayıb. Jurnalist təşkilatları İranın ali dini lideri Ayətulla Əli Xameneyiyə müraciət edərək İran İslam İnqilabının orijinal ruhunu şərəfləndirməyi və 60 yazıçı, jurnalist və bloqqerin azadlığa buraxılmasını istəyiblər. BBC, Deutsche Welle və Amerikanın səsindən İrana ittiham Dünyanın 3 böyük teleradio şirkəti - BBC, Deutsche Welle və Amerikanın səsi - İranı, onların təbirincə, "yayımlarına qəsdən elektron müdaxilə" etməkdə günahlandırıblar. Teleşirkətlər deyiblər ki, peyk xidmətlərinin sıxışdırılması dünən, cümə axşamı, İranda İslam İnqilabının 31-ci ildönümünün qeyd olunduğu bir gündə baş verib. Birgə bəyanatda deyilir ki, İran hakimiyyəti öz proqramlarını yaymaq üçün eyni peyk xidmətlərindən istifadə edir, amma öz xalqının xaricdən gələn proqramlara baxmasına imkan vermir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar