SON XƏBƏRLƏR

Güney Azərbaycanda növbəti şübhəli ölüm

2021.10.20, 07:36
Güney Azərbaycanda növbəti şübhəli ölüm

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində daha bir şübhəli ölüm faktı aşkarlanıb. Azərbaycanlı şair və yazıçı “Ərkin (Məcid) Əmiri Əstyar”-ın cansız bədəni tapılıb. “Bizim Təbriz News”-un yaydığı məlumatda bildirilir ki, onun cəsədi öz evinin avtomobil parkingində tapılıb. Məlumatda əlavə olunur ki, cəsədin üzərində boğulma izləri var. Həmçinin dişinin qırıldığı bildirilir. Mənbə əlavə edir ki, o dəfələrlə ölümlə hədələnmişdi. Hələlik bundan artıq məlumat əldə edilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar