SON XƏBƏRLƏR

daha bir milli-mədəni fəala həbs cəzası kəsilib

2021.10.20, 07:36
daha bir milli-mədəni fəala həbs cəzası kəsilib

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanlı jurnalist və yazıçı cənab Nəqi Əhmədi Azər Müqəddəm Təbrizin İnqilab Məhkəməsi tərəfindən 5 il həbsə (təziri) məhkum edilib. O həmçinin 10 il Azərbaycan Respublikasına səfər etməkdən məhrum edilib. Aldığımız məlumata görə, adını çəkdiyimiz milli-mədəni fəal İran ərazisində Ermənistanın lehinə və Azərbaycan Respublikasının isə Əleyhinə casusluqda ittiham edilir. Qeyd edək ki, Əhmədi Azər 2009-cu il aprel ayının 4-də 146 gün saxlanıldıqdan sonra 150000 dollarlıq mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı. cənab Əhmədi saxlanıldığı müddətdə vəkil tutmaq hüququndan məhrum olub. Həmçinin onun məhkəməsi qapalı keçirilib. xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal türk ve fars dilində bir neçə kitabın müəllifidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar