SON XƏBƏRLƏR

Milli-mədəni fəal Əmir Benayi Kazimin səhhəti təhlükədədir

2021.10.20, 07:36
Milli-mədəni fəal Əmir Benayi Kazimin səhhəti təhlükədədir

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından olan Əmir Benayi Kazım İran Təhlükəsizlik Qüvvələri tərəfindən aldığı zərbə nəticəsində hələdə sağalmayıb. O 2009-cu il dekabr ayının 29-da (1388-ci il Dey ayının 8-i) tanınmış milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində iştirak edərkən İran Təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb və baş nahiyəsindən ağır zərbə almışdı. O xəstəxanada 40 gün müalicə alsada hələdə aldığı zərbədən dolayi sağalmayıb. onun sehhətində getdikcə ağırlaşma müşahidə olunur. Xatırladaq ki mərhum Bəxtavərin dəfn mərasimində, mərasim iştirakçıları xüsusi ilə milli-mədəni fəalların bir neçəsi Maralan qəbiristanlığından çıxarkən İran Təhlükəsizlik Qüvvələri tərəfindən batum, zincir və çomaqla döyülmüşdülər. Bir neçəsi isə məmurlar tərəfindən tutuqlanmışdılar. Onlardan bəziləri azadlığa buraxılsada hələdə təcridxanada saxlanılanlar var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar