SON XƏBƏRLƏR

İsfahan və Əhvazda toqquşmalar gedir, yaralılar var

2021.10.20, 07:36
İsfahan və Əhvazda toqquşmalar gedir, yaralılar var

Gunaz.tv
GünAzTv: 22 Bəhmən aksiyaları hökümətin əleyhinə çevrilərək İranın bütün böyük şəhərlərini bürüyüb. Aldığımız məlumata görə, İsfahanın 4 məntəqəsində Yaşıl Hərəkat tərəfdarları möhtəşəm aksiya keçiriblər. İsfahana digər kiçik şəhərlədəndə avtobuslarla insanlar daşınıb. Aksiyaçılar ənənəvi etiraz şüarlarını səsləndiriblər. Eyn halda bütün avtomobillər siqnallarını işə salıb və şəhərdə vahiməli vəziyyət yaranıb. Bu arada Bəsic üzvəri (hökumət tərəfdarı könüllülər dəstəsi- yarım silahli qurum) batum, Sim Boksel və zincirlə aksiyaçılara vəhşicəsinə hücum ediblər. Hücum zamanı 10-la insan ağır yaralanıb. “Pol-i Azər”-də vəziyyət daha gərgin olub. iki aksiyaçı özünü məcburən suya atıb. Onların talehində heç bir xəbər yoxdur. Məlumata görə, polis aksiyaya müdaxilə etməyib. Aksiyaçılar ancaq Bəsiclər tərəfindən hücuma məruz qalıblar. Anoloji vəziyyət Əhvazda da baş verib. Yaşıl geyinmiş aksiyaçılar “Salman Farsi” xiyabanında möhtəşəm aksiya keçiriblər. Bəsic qevvələri Bir neçə xiyabanı bağlayıblar. Aksiyaçılar Diktatora Ölüm şüarı səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar