SON XƏBƏRLƏR

“22 Bəhmən” aksiyalarında liderlərə hücum oldu

2021.10.20, 07:36
“22 Bəhmən” aksiyalarında liderlərə hücum oldu

Gunaz.tv
GünAzTv: Hakimiyyət əleyhinə çevrilən “22 Bəhmən” aksiyaları gedişində keçmiş prezident, islahatçı liderdən biri Məhəmməd xatəmiyə hücum edilib. islahatçı saytların məlumatına əsasən sıvıl paltarlı dövlət tərəfdarlarının (Bəsic üzvləri) hücumunda xatəminin bulunduğu avtomobilin şüşələri qırılıb. digər islahatçı lider Mehdi kərrubini qoruyan şəxslər isə sıvıl paltarlı hökümət tərəfdarları tərəfindən batumla döyülüblər. Həmçinin bu hücumda Kərubinin avtomobilinin şüşələri sındırılıb. Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubinin sözlərinə görə atası sonra etirazçıların avtomobilinə minib ancaq o avtomobilində şüşələri hücumçular tərəfindən sındırılıb. O əlavə edib ki artıq Kərrubi evinə gedib və aksiyada iştirak etmək iqtidarında deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar