SON XƏBƏRLƏR

İranda “Google” poçt serverinin fəaliyyəti dayandırılır

2021.10.20, 07:36
İranda “Google” poçt serverinin fəaliyyəti dayandırılır

Gunaz.tv
GünAzTv: İran hakimiyyəti “Google”nin “Gmail” poçt serverinin işini dayandırmaq niyyətindədir. Onun funksiyalarını yaxın zamanda ölkədə fəaliyyətə başlayacaq milli elektron poçt xidmətinin əvəz edəcəyi bildirilir.GünAzTv mətbuat mərkəzinin "APA-ECONOMICS"-ə istinadən yaydığı məlumatına görə, bu xəbəri İranın telekommunikasiya agentliyi yayıb. Tehran qəzetlərinin yaydığı məlumata görə, bu tədbir ölkədə internet texnologiyalarının inkişafına impuls vermək və xalqla hökumət arasında etibarı gücləndirmək üçün görülür.Bu addım İran İslam Respublikasının 31-ci ildönümü münasibətilə keçiriləcək təntənəli tədbirlər ərəfəsində elan edilib. Məlum olduğu kimi, hökumət tərəfdaşları və rəqibləri Tehranda kütləvi nümayişlərin keçirilməsini elan ediblər ki, bu da hakimiyyət və müxalifət tərəfdarları arasında növbəti qarşıdurmaya gətirib çıxara bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar