SON XƏBƏRLƏR

Tehranda müxalifətçilər Azadlıq meydanına toplaşıb

2021.10.20, 07:36
Tehranda müxalifətçilər Azadlıq meydanına toplaşıb

Gunaz.tv
GünAzTv: bu gün İranda İslam İnqilabının 31-ci ildönümü (22 bəhmən) qeyd olunur. Dövlət televiziyası hökumət tərəfdarlarının yürüş keçirdiyini göstərir. Yürüş Tehranda Azadlıq Meydanında başa çatacaq,həmin yerdə prezident Mahmud Əhmədinejat xalqa müraciət edəcək. GünAzTv mətbuat mərkəzinin "azadlıqradiosu"-na istinadən yaydığı məlumata görə, Müxalifət saytları minlərlə müxalifət tərəfdarının Azadlıq Meydanı yaxınlığında toplaşdığını bildirir. Müxalifətçilər ötən ilin iyulunda keçirilən prezident seçkilərindən sonra aksiyalar keçirir, seçkinin saxtalaşdırıldığını bildirirlər. Seçkidə əvvəlki prezident Mahmud Əhmədinejat qələbə qazanıb. İran hökuməti xəbərdarlıq edib ki, təhlükəsizlik qüvvələri müxalifətin istənilən etirazı ilə əlaqədar iğtişaşın qarşısını almağa hazırdır. Polis rəisi İsmayıl Əhmədi Möqəddəm rəsmi tədbiri pozmağa çalışan bir qrup adamın həbs olunduğunu deyib, ancaq daha geniş məlumat verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar