SON XƏBƏRLƏR

Güney Azərbaycan "Ana dili" günü ərəfəsində...

2021.10.20, 07:36
Güney Azərbaycan "Ana dili" günü ərəfəsində...

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın müxtəlif şəhərlərində o cümlədən Təbrizdə “Ana dili” günü münasibəti ilə millətimiz hazırlıqlar aparır. Güney Azərbaycan Türk milləti milli hüquqlarını müxtəlif formada, ad günlərində, yas yerlərində, toylarda , Babək qalası mərasimlərində , futbol yarışlarında və hər bir fürsətdə dilə gətirir. O ənənəyə sadiq qalaraq Ana dili günü (Fevralın 21-i) yaxınlaşdıqca Azərbaycanımızın müxtəlif şəhərlərində o cümlədən Təbrizdə xeyli sayda Bildiriş yayılıb və Ana dilimizi bir milli hüquq kimi bütün millətimizə xatırladıblar. Bildirişlərdə Ana dili bir millətin ən ibtidai hüququ olduğu və bütün millətlər kimi Azərbaycan türk millətidə eyn hüquqdan bəhrələnməsinin vacibliyi xatırlanır. Təssüf ki bu günə qədər İran hakimiyyəti İranda yaşayan bütün millətləri o cümlədən Azərbaycanı bu hüquqdan məhrum edib. Xatırladaq ki, 1952-ci il fevral ayının 2-də Banqladeş xalqı Ana dillərinin azadlığı tələbi ilə etiraz aksiyasi keçirdilər. Lakin o zamankı Pakistan Təhlükəsizlik Qüvvələri tərəfindən 3 nəfər öldürüldü. Sonralar BMT-nin Yunesko orqanizatsiyasi həmin günü “Ana Dili” günü kimi adlandırdı və bütün ölkələrdən o günün anılmasını tələb etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar