SON XƏBƏRLƏR

Sabah İran qarışa bilər

2021.10.20, 07:36
Sabah İran qarışa bilər

Gunaz.tv
GünAzTv: Sabah İranda “22 bəhmən” (11 fevral) günüdür. sabah İranın bütün şəhərlərində İslam inqilabının 31-ci ildönümü münasibətilə nümayişlər keçiriləcək. Hər il İran İslam inqilabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevralın 1-dən 12-dək qeyd olunacaq. Bu nümayişləri hər il İran hakimiyyəti və dövlət tərəfindən düzənlənir. Ancaq bu il vəziyyət çox fərqlidir. 2009-cu il iyun ayında keçirilən prezident seçkilərini qəbul etməyən müxalifətçilər əsasən Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin liderliyi ilə, “22 bəhmən” günü xüsusi aksiyaya hazırlşıblar. Artıq bu haqda M. H. Musəvi və digər liderlər çağırış bəyanatı ilə müraciət ediblər. 2009-cu il Dekabr ayında Aşura günü anoloji olaraq müxalifətçilər tərəfindən aksiyalar keçirildi. 8 insan həlak olub və 10-la insan yaralandı. Saxlanılmışların 2-i edam olunub və daha 1-nin edam olunacağı barədə qərar qəbul olunub. Digər 8 nəfər isə müxtəlif müddətli həbs cəzasına məhkum ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar