SON XƏBƏRLƏR

Kremlin yeni hərbi doktrinası nəyə hesablanıb?

2021.10.20, 07:36
Kremlin yeni hərbi doktrinası nəyə hesablanıb?

Gunaz.tv
GünAzTv: Uzun müzakirə və hazırlıqlardan sonra Rusiya özünün hərbi doktrinasına ciddi əlavələr edib. Prezident Dmitri Medvedyev artıq sözügedən sənədi və "2020-ci ilə qədər nüvə hücumundan müdafiə sahəsində dövlət siyasətinin əsasları"nı təsdiqləyib. Xatırladaq ki, Rusiyanın əsas hərbi sənədinin təkmilləşdirmək hazırlıqları nəinki bu ölkədə, ondan kənarda da diqqətlə izlənilirdi. Narahatlıq doğuran əsas məqamsa Rusiyanın öz maraqları üçün təhlükə yaranacağı təqdirdə ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlar aparmasının mümkünlüyü ilə bağlı idi. Rusiya prezidentinin vurğulanan təklifləri müsbət dəyərləndirməsi ortadakı naralatlıqların boşuna olmadığını təsdiqlədi. Şimal qonşumuz adıçəkilən sənəddə özünün başlıca təhlükə mənbələrini də konkret göstərib. Sənədə əsasən, NATO-nun şərqə doğru genişlənməsi və Avropada Raketdən Müdafiə Sistemlərinin quraşdırılması Rusiya üçün əsas təhlükə kimi qiymətləndirilir. Bəzi analitiklər Rusiyanın hərbi doktrinasını bu şəkildə dəyişdirməsini onun yeni təcavüzkar niyyətlərilə əlaqələndirirlər. Hər halda Gürcüstana hərbi təcavüzdən sonra Rusiyanın başqa bir ölkəyə qarşı savaş açması qətiyyən istisna olunmur. Politoloq Elxan Mehdiyev Rusiyanın yeni hərbi doktrinanın qəbulundan sonra həmin sənədə edilmiş əlavələrə əsaslanan praktik hərəkətlərə yol verməyəcəyini düşünür: "Əslində, Rusiyanın əsas hərbi sənədinə belə dəyişikliklərin vacibliyi haqda çoxdan danışırdılar. Bu ölkənin Gürcüstana təcavüzündən sonra üzləşdiyi beynəlxalq təzyiqlər Rusiyanı öz hərbi doktrinasını məhz indiki formada dəyişdirməyə sövq etdi. Bilirsiniz ki, Rusiya keçmiş SSRİ-nin süqutundan sonrakı ilk illərdə kifayət qədər zəif duruma düşmüşdü. Amma Yeltsindən sonra hakimiyyyətə gəlmiş qüvvələr Rusiyanın əvvəlki təsir imkanlarını bərpa etmək istiqamətində ciddi hazırlıqlar apardılar. Bu ölkənin ilyarım əvvəl Gürcüstana qoşun yeritməsi də o demək idi ki, Rusiya beynəlxalq səviyyədə özünün mövqeyilə hesablaşmağın zəruriliyini önə çəkir. Yəni orada hesab edirlər ki, ölkənin hərtərəfli potensialı Rusiyanın qlobal miqyasda əsas güc mərkəzlərindən biri olmağa imkan verir və dünya da bu reallıqla barışmalıdır. Hər halda, hərbi doktrinaya edilmiş dəyişikliklərin əsasında bu məqamlar dayanır. Amma sənədə yeni əlavələrin təsdiqlənməsi o demək deyil ki, Rusiya tezliklə özünün sərhədlərindən kənarda hərbi əməliyyatlara başlayacaq. İstənilən ölkənin hərbi doktiransı daha çox müdafiə xarakterlidir və ölkənin üzləşə biləcəyi təhlükələrin əks olunduğu sənəddir. Bu baxımdan, sənədin təsdiqlənməsilə Rusiyanın yeni hərbi kampaniyalara qərar verəcəyi inandırıcı görünmür. Eyni zamanda, gəlin baxaq, Rusiya doktrinaya əlaəvlərdən hansı ölkəyə qarşı istifadə edə bilər? Ölkənin qərb sərhədləri demək olar ki, bütünlüklə NATO dövlətlərindən ibarətdir. Şərqdə Çin və Yaponiya, cənubda isə Cənubi Qafqaz və Orta Asiya dövlətləridir. Rusiyanın yeni hərbi doktrinasının məhz Cənubi Qafqaz ölkələrinə qarşı çevrildiyi haqda fikirlər də mübahisəlidir. Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan qoparmağa nail olmuş Rusiyanın bu ölkədə yeni hərbi kampaniya çevirəcəyi gözləntisi azdır. O cümlədən, Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsini nəzərə alsaq, rusların hədəfində bizim ölkənin olduğunu söyləmək çətindir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar