SON XƏBƏRLƏR

Azərbaycanda “Səhər” Telekanalının izlədiyi siyasət araşdırılacaq

2021.10.20, 07:36
Azərbaycanda “Səhər” Telekanalının izlədiyi siyasət araşdırılacaq

Gunaz.tv
GünAzTv: İranın “Səhər” telekanalı Azərbaycan əleyhinə təbliqatını davam etdirir. Bu dəfə sözügedən telekanal İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycan səfərinə qarşı videorolik yayıb. Sözügedən videorolikdə Israil-Fələstin müharibəsi zamanı həlak olan fələstinli uşaqların və qadınların görüntüləri əks olunub, bir sıra məqamlarda isə Azərbaycan və İsrail prezidentlərinin görüşləri, isti münasibətlərindən fraqmentlər ekrana gəlib. Bununla da İran televiziyası Azərbaycan prezidenti Ilham Əliyevin fələstinliləri qan gölündə boğan İsraillə normal münasibətlər qurmaqda ittiham edib. Qeyd edək ki, bütün çalışmalara baxmayaraq, Azərbaycanın şimalında yayımının dayandırılması mümkün olmayab “Səhər” kanalı dəfələrlə anti-Azərbaycan mövqeli verilişlər yayıb. Gün ərzində 4 saatdan çox Azərbaycan türkcəsində yayımlanan kanalın “Kompas” analitik verilişində Azərbaycan dövləti əleyhinə təbliğat aparılır. Qəribəsi odur ki, İran telekanalı Azərbaycanı fələstinliləri öldürən İsraillə əlaqədə ittiham etdiyi halda, Azərbaycanın 20 faiz ərazisini işğalda saxlayan, oğul-qızlarını əsir götürən, Xocalıda dəhşətli soyqırım aktı törədən Ermənistana hə cür yardım göstərən, onu həm silah-sursat, həm ərzaq, həm də elektrik enerjisi və qazla təmin edən İran hakimiyyəti barədə bir söz demir. Bəs rəsmi Bakının məsələyə reaksiyası necə olacaq? XIN-in mətbuat katibi Elxan Poluxov bildirdi ki, məsələ barədə məlumatlı deyil. Diplomat qeyd etdi ki, elektrik enerjisi olmadığından telekanalın yayımladığı verilişin mahiyyətini araşdırmaq mümkün deyil: “Yəqin ki, məsələnin mahiyyəti ilə tanışlıqdan sonra müvafiq reaksiya veriləcək. Orda dövlətçiliyimizə qarşı hansısa məqam əksini tapıbsa, sözsüz ki, məsələ reaksiyasız qalmayacaq”. İranın İsrail-Azərbaycan münasibətlərinə vaxtaşırı etiraz sərgiləməsinə gəldikdə, XİN təmsilçisi indiyə qədər rəsmi şəkildə Tehranın buna etiraz bildirmədiyini vurğuladı: “Azərbaycan kiminlə hansı formada münasibət qurursa, bunu müstəqil şəkildə müəyyənləşdirir”. Yeri gəlmişkən, yaxın günlərdə Milli Məclisin sədri Oqtay Əsədovun İrana səfəri planlaşdırılır. Görəsən, bu səfər zamanı sözügedən məsələyə toxunulacaqmı? . musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar