SON XƏBƏRLƏR

Ana müxalifət lideri Dəniz Baykal: hakimiyyətin Ermənistanla bağlı siyasəti fiasko ilə nəticələnib

2021.10.20, 07:36
Ana müxalifət lideri Dəniz Baykal: hakimiyyətin Ermənistanla bağlı siyasəti fiasko ilə nəticələnib

Gunaz.tv
GünAzTv: Ermənistan bizim qonşumuzdur. Ermənistan dövləti qurulduqdan sonra Türkiyə onu tanıyan ilk dövlətlərdən biri olub. Lakin daha sonra Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Türkiyə bunu qəbuledilməz sayaraq sərhədləri qapatdı. Türkiyə sərhədi erməni xalqına əziyyət vermək, ya da düşmənçilik məqsədilə deyil, Azərbaycana qarşı törədilənlərə görə bağladı. İndi hökumət qonşularla sıfır problem” deyir. Problemi aradan qaldırmaq bizim əlimizdədirsə, bu, o deməkdir ki, ya problemi biz yaratmışıq, ya da qarşı tərəfin yaratdığı problemi həzm edirik”. bu sözləri Türkiyə ana müxalifətinin lideri Dəniz Baykal Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyasının toplantısındakı çıxışında deyib. D. Baykal Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün Ermənistanda iradə görmədiyini bildirib: “İsveçrədə toplantılar keçirildi, “tarixi fürsət yaranıb” dedilər. Protokollar imzalandı və yola çıxdılar. Biz “belə etməyin, Azərbaycanı küsdürəcəksiniz, Azərbaycan sizin düşündüyünüzdən daha önəmlidir, Azərbaycandakı işğalı legitimləşdirəcəksiniz” deyə xəbərdarlıq etdik, işğala son qoyulmadan protokolların təsdiqlənməsinə imkan verməyəcəyimizi söylədik. Azərbaycan da çox şiddətli reaksiya göstərdi. Bundan sonra baş nazir Azərbaycana getdi və “işğala son qoyulmadan sərhədi açmarıq” dedi. Protokollarda çox şey olduğunu bildirdilər. “Ermənistan bizim sərhədlərimizi tanımırdı, bundan vaz keçir, soyqırım məsələsində mövqeyini yumşaldır” dedilər. Amma bunları görmədik”. GünAzTv mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə, D. Baykal Türkiyə-Ermənistan yaxınlaşmasının tıxandığını, prosesin dalana dirəndiyini vurğulayıb: “24 aprel gəlir. Türkiyə yenə sıxışdırılacaq. Bu hökumətin “sıfır problem” siyasətinin Ermənistanla bağlı nəticəsi tam bir fiaskodur. Heç nə əldə edilmədi, amma çox şey itirildi. Azərbaycanın dostluğu itirildi. “Sıfır problem” deyirdilər, Ermənistanla problemləri həll edə bilmədilər, üstəlik, Azərbaycanla problem yaratdılar”.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar