SON XƏBƏRLƏR

İranda daha 7 nəfərə edam hökmü çıxarıldı

2021.10.20, 07:36
İranda daha 7 nəfərə edam hökmü çıxarıldı

Gunaz.tv
GünAzTv: Kirman əyalətinin Apellyasiya Məhkəməsi (dadgahe təcdide nəzər) İranda narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri haqqında hökmdən apellyasiya şikayətinə baxıb. GünAzTv mətbuat mərkəzinin “İRNA”ya istinadən yaydığı məlumata görə, məhkəmə mütəşəkkil cinayətkar dəstənin 24 üzvündən 7 nəfərinin barəsində çıxarılmış edam hökmünü öz qüvvəsində saxlayıb. Kerman əyalətinin İnqilab Məhkəməsinin sədri Apelliyasiya Dadxoda Salari bildirib ki, bu dəstənin üzvləri Qum, Tehran, Sistan və Bəluçistan, Lorestan, Kerman, Reyşəhr və Fars əyalətlərində, eləcə də Əfqanıstan və Pakistanda narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olub. Dəstənin digər üzvləri barəsində ömürlük həbs, uzunmüddətli həbs, əmlakın müsadirəsi və digər hökmlər çıxarılıb. Mütəşəkkil dəstənin üzvlərindən küllü miqdarda narkotik maddə və silah sursat aşkar edilərək götürülüb. Qeyd edək ki İranda narkotik qaçaqmalçılığı ilə məşğul olan digər 4 mütəşəkkil dəstə də zərərsizləşdirilib. İranın Qərbi Azərbaycan vilayətinin qubernatoru Vəhid Cəlalzadə bildirib ki, bu dəstə üzvləri uzun müddət axtarışlardan sonra polis tərəfindən həbs edilib. Dəstə üzvlərindən küllü miqdarda narkotik maddə və silah sursat aşkar edilərək götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar