SON XƏBƏRLƏR

Paris və Vaşinqton Tehranı hədələdi

2021.10.20, 07:36
Paris və Vaşinqton Tehranı hədələdi

Gunaz.tv
GünAzTv: İranın nüvə proqramının fəallaşdırması beynəlxalq aləmin İrana qarşı fəallaşmasına səbəb olub. Belə ki Tehrana qarşı yeni BMT sanksiyalarının qoyulması üçün təzyiqlər artmaqdadır. Fransa ilə Amerika deyiblər ki, İrana qarşı yeni güclü beynəlxalq sanksiyalara alternativ yoxdur. GünAzTv mətbuat mərkəzinin “azadlıqradiosu” -na istinadən yaydığı məlumata görə, Parisdə keçirilən görüşdə Fransa prezidenti Nikolya Sarkozi və ABŞ Müdafiə naziri Robert Qeyts razılaşıblar ki, Tehrana güclü sanksiyalar qoyulmalıdır. Tehran elan edib ki, gələn il daha 10 uranı zənginləşdirən zavod tikmək niyyətindədir. Fransanın xarici işləri naziri Bernard Kouchner isə deyib ki, İranın son addımları şantaja bərabərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar