SON XƏBƏRLƏR

Nüvə diplomatiyası: yeni açıqlama_yeni tapmaca

2021.10.20, 07:36
Nüvə diplomatiyası: yeni açıqlama_yeni tapmaca

Gunaz.tv
GünAzTv: Həm ölkədaxili, həm də xaricdən olan təzyiqlər altında İran prezidenti Mahmud Əhmədinejad boyun əymir, yazır nüfuzlu Economist dərgisi. Heç bir şübhəsiz, İranın sonuncu peyk qabiliyyətli raket sınağı prezidentin sadə iranlılar arasında imicinin bərpasına yönəlmiş bir addım idi. Lakin diqqəti cəlb edən uranın xaricdə emalına İranın razılığı olub. naın daha çox cəlb edən bir fakt, cənab Əhmədinejad ın uranın xaricdə zıngiləşdirilməsinə İranın zənginləşdirilmiş uran ehtiyatlarını yanacağa çevirmək məqsədilə sonrakı emal üçün xaricə göndərilməsində heç bir problem olmadığı barədə şərhidir. Bu bəyanata görə, alınan yanacağın bir hissəsi paytaxt Tehranda təhqiqat reaktoru üçün istifadə olunacaq. Ötən ilin Oktyabrında İran ilk dəfə olaraq bu sövdələşməyə razılıq verib, sonra fikrindən daşınandan bəri, aylarla davam edən durğunluqdan sonra, bu yeni razılaşma deməkdirmi? Yoxsa bununla İran, onun dinc məqsədlər üçün istifadə ediləcəyini iddia etdiyi və eyni zamanda nüvə silahı yaradılmasına xidmət edə biləcək şübhəli uran əməliyyatlarının qarşısını almağa çalışan Amerika, Britaniya, Fransa, Almaniya, Rusiya və Çin kimi altı ölkə arasında nifaq salmağa cəhd edir? Amerika, Fransa, Rusiya və BMT-nin nüvə nəzarətçısı Beynəlxalq Atom Enerji Agentliyi ilə ilk razılaşdırılmış sövdələşməyə əsasən, İran özünün zənginləşdirilmiş uran ehtiyatlarının 1, 200 kq-nı sonrakı emal üçün Rusiyaya göndərməli idi. Sonrakı emal prosesində bu ehtiyatların 3 faiz yarımdan, Tehran reaktoruna lazım olan səviyyəyə, iyirmi faizə qədər zənginləşdirilməsi nəzərdə tutulurdu. Daha sonra isə Fransaya göndəriləcək bu ehtiyatlar yanacağa çevrilməli idi. Bütün bu əməliyyatlara bir ilə qədər vaxt tələb olucaqdı. Sonra isə İran öz yanacağını, nüvə bombasına çevrilməsi daha çətin olan bir şəkildə geri alacaqdı. Bu sövdələşmədə əsas məqam İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, emal etdiyi uran ehtiyatlarının miqdarının müvəqqəti olaraq, azaldılmasıdır. Diplomatlar bununla ümid edirdilər ki, uran ehtiyatlarının nüvə bombasının istehsalına yararlı ola biləcək miqdardan azaldılmasının yaratdığı zaman kəsiyi İranla onun uranı zənginləşdirmə planlarına birdəfəlik soy qoymasına dair daha geniş danışıqlara vaxt qazandıra bilərdi. Lakin sonra cənab Əhmədinejad ölkə ərazisindən xaricə göndəriləcək uran ehtiyatlarının saxlanılmasında israr etdi. Londonda mənzillənən Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan cənab Mark Fitzpatrick-in sözlərinə görə, indi yenilik cənab Əhmədinejadın uranın bir hissəsinin xaricə göndərilib 4-5 ay müddətinə geri almasına hazır olduğu görünür. Lakin 4-5 ay bir il demək deyil. İranın Xarici İşlər Naziri hələ də xaricə birdəfəyə yalnız 400 kq uranın göndərilməsindən danışır, bu isə əvvəlcədən razılaşdırılmış həcmin üçdə bir hissəsi deməkdir. Eyni zamanda, aylarla uzandığına görə, bu müddətdə indi İranın uran ehtiyatları daha da artıb. Bu isə bu gün sövdələşməyə əminliyi daha da azaldır. Economist dərgisinə görə narahatlıq doğuran həmdə odur ki, cənab Əhmədinejadın yanacaq sövdələşməsini Çinlə bağlaya bilər. Belə ki, Çinin İranda kommersiya maraqları çox böyükdür, bu isə yeni sanksiyaların arısını almağa xidmət edə bilər. İndi yeni BMT qətnamələrinin tətbiq edilməsinə təzyiqlər artmaqdadır. İranın qətiyyətsizliyindən boğaza yığılan Rusiya səbir kasasının daşdığına işarə edir. Buna görə də cənab Əhmədinejadın növbəti hərəkətinin vaxtı çatmışdı.BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar