SON XƏBƏRLƏR

Səid Mətinpur Evin zindanında jiddi ürək ağrısı keçirib

2021.10.20, 07:36
Səid Mətinpur Evin zindanında jiddi ürək ağrısı keçirib

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanlı jurnalist və insan haqları müdafiəçisi cənab Səid Mətinpur Evin zindanında jiddi ürək ağrısi keçirib. 8 illik həbs cəsazını keçirməkdə olan cənab Mətinpur 2010-cu il yanvar ayının 29-da qəfildən ürək ağrısı tutub. Zindan məsulları onu gecikdikdən sonra həkimə aparıblar. Həkimlər onun belə hallarda dərhal həkimə çatdırılmasının vacib olduğunu bildiriblər. zindan məsulları isə buna imkian vermir. Buda jiddi təhlükəyə səbəb ola bilər. Cənab Mətibpur 2009-cu il sentyabr ayının 19-da da həmin anoloji ürək ağrısı ilə üz-üzə qalmışdı. Xatırladaq ki, cənab Mətinpurun ailəsi və vəkili dəfələrlə onun zindanın xaricində hər hansı bir xəstəxanada müalicə olunması ilə bağlı müraciət ediblər ancaq onlara mənfi cavab verilib. Hazırda onun ailəsi məhbusun sağlığı ilə bağlı nigaranlıq keçirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar