SON XƏBƏRLƏR

Şəmsiyyə Bəylərqızı İranın keçmiş səfiri Əfşar Süleymaniyə cavab verdi

2021.10.20, 07:36
Şəmsiyyə Bəylərqızı İranın keçmiş səfiri Əfşar Süleymaniyə cavab verdi

Gunaz.tv
GünAzTv: Şəmsiyyə Bəylərqızının İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə bağlı "lent-az " -a verdiyi müsahibəsini olduğu kimi təqdim edir. İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani jurnalist Şəmsiyyə Bəylərqızının onun etimadını qazanaraq, aldatdığını bildirib. Sabiq səfir deyib ki, Azərbaycanda bizneslə məşğul olmaq istəyən iranlılar ona müraciət edib, o da həmin insanları hakimiyyətin yuxarı eşelonlarında tanışları olduğunu söyləyən Şəmsiyyə Bəylərqızı ilə tanış edib. Nəticədə Şəmsiyyə Bəylərqızı o insanların 1 milyon 200 min dollarını alıb, heç bir iş düzəltməyib, o pulları da sonra geri qaytarmayıb. Əfşar Süleymani Şəmsiyyə Bəylərqızı ilə evlənməsini də inkar edib. Bəs qarşı tərəf buna nə deyir? Lent.az-ın müsahibi Şəmsiyyə Bəylərqızıdır… - Əfşar Süleymani ilə tanışlığınız necə başlayıb? - Əfşar Süleymani ilə o səfir müavini olan zamandan ümumi tanışlığım vardı. Sonra o, səfir oldu. Bütün səfirlərlə münasibətim var. Əvvəla, mən bir yazaram, hüquq müdafiəçisiyəm. Əfşar Süleymani ilə münasibətlərimin şəxsi zəminə keçməsi 2006-cı ildən başladı. O zaman artıq Əfşar Süleymanidən müsahibələr götürmüşdüm və onların əsasında kitablar dərc olunmuşdu. Daha sonra Əfşar Süleymani mənə ailə qurmaq təklif etdi və biz ailə qurduq. Bunu sübut etmək üçün mənim əlimdə yetərincə şəkillər, faktlar da var. - Bu evlilik rəsmi, yoxsa qeyri-rəsmi olub? - Mənim Azərbaycanda molla kəbinim, İranda isə həm dövlət kəbinim, həm də molla tərəfindən kəbinim olub. Münasibətlər bu çərçivədə davam etdi və mən ailəli olaraq xeyli müddət İranda yaşadım. Əfşar Süleymaninin anasının Ərdəbildəki evində oldum. Məndə bütün telefonların nömrələri var. Məni münasibətlərin bu dərəcədə araşdırılmasına vadar edən Əfşar Süleymaninin axmaq çıxışları və sözlərinin mətbuatda bu dərəcədə yayımlanması oldu. - Buna qədər münasibətləriniz niyə korlanıb? - Səbəb Əfşar Süleymaninin Azərbaycandakı digər qadınlarla münasibətləri oldu, mənə xəyanət etdi. Birinci davalarımız onun üzündən başladı. Sonra Əfşar Süleymani bizim övladımızın dünyaya gəlməsi üçün Türkiyədə, İstanbulda cərrahiyə əməliyyatı keçirdi. Əfşar Süleymaninin öz əli ilə İstanbuldakı alman xəstəxanasının baş həkiminə yazdığı və baş həkimin təsdiq etdiyi sənədlər mənim əlimdədir. Türkiyənin Azərbaycandakı səfiri həmin sənədlərin doğruluğunu təsdiqləyib. Bütün bu sənədlərin hamısı külliyyat şəklində, təsdiq olunmuş halda mənim əlimdə var. Əfşar Süleymani oğlunun dünyaya gəlməsi üçün İstanbuldakı alman xəstəxanasında cərrahi əməliyyat keçirdi. O cərrahiyə əməliyyatından sonra bizim bir övladımız dünyaya gəldi. Övladımız dünyaya gəlməmişdən bir ay qabaq Əfşar Süleymani mənə İran vətəndaşlığını qəbul etməyi təklif etdi. Aramızda ikinci münaqişə mənim İran vətəndaşlığını qəbul etməməyimlə bağlı yarandı. Əfşar Süleymani ondan sonra çox təkid etdi, bir şirkət yaratmışdım, həmin şirkəti onun qardaşının adına keçirim və İran vətəndaşlığını qəbul edim. Sözün açığı, bir qadın olaraq sevdiyim insanın təklifini qəbul etmək istəyirdim. Ancaq elə bu vaxt Əfşar Süleymani “Səhər” telekanalına çıxdı və Azərbaycan, Qarabağ əleyhinə fikirlər söylədi. Mən donub qaldım. 8 aylıq hamilə olan qadın, həyat yoldaşımın yanına getmək istəyirəm, bu tərəfdən də o, telekanala çıxaraq Azərbaycan barədə belə sözlər deyir. Mən İrana getmədim, İran vətəndaşlığını da qəbul etmədim. Başladı mənə hədə-qorxular, hədyanlar yazmağa ki, gəlməsən, səni zorlatdıracam, sonra şəkillərini ona-buna verəcəm, deyəcəm ki, səninlə bunun üstündə ayrılmışam. Mən bunlara fikir vermədim, fikirləşdim ki, ötüb keçər. O da keçib getmədi, bu minvalla davam etdi. Əfşar Süleymani Azərbaycana gəlib, daxili işlər naziri Ramil Usubova müraciət etdi. Ramil Usubov Azərbaycan vətəndaşı olmayan, tanımadığı bir adamı müdafiə etməyəcəkdi ki?! Ramil Usubovun rəhbərliyi altında onun iddiaları araşdırıldı və o iddialar özünü doğrultmadı. Bu gün də mənim əlimdə atalığın təyin olunması, alimentin verilməsi barədə məhkəmə hökmü var. - Bu məhkəmə prosesi nə vaxt keçirilib və hökm nə zaman verilib? - Birinci məhkəmə hökmü 2008-ci il noyabrın 14-də olub. Sentyabrın 10-da mən məhkəməyə müraciət etmişdim. - Hansı məhkəməyə müraciət etmisiniz? - Nəsimi rayon məhkəməsinə. Sentyabrın 10-da mən məhkəməyə, sentyabrın 20-da Əfşar Süleymani Ramil Usubova müraciət etdi. Noyabrın 14-də Nəsimi rayon məhkəməsi hökm verdi, noyabrın 22-də Əfşar Süleymani məni Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (MCQMİ) gətizdirdi. Ondan sonra məsələ MCQMİ tərəfindən araşdırıldı, hüquqi qiymət verildi. Məsələ bununla da bitdi. Sonra Əfşar Süleymani iddia etdi ki, yox, məhkəmə işə onsuz baxıb. Əfşar Süleymani qorxusundan ekspertizaya da getmədi. Məhkəmənin atalığın təyin olunması və alimentin verilməsi barədə hökmü qüvvəyə minib. - Ancaq Əfşar Süleymani açıqlamasında MCQMİ-nin müstəntiqlərindən, sizdən pulun qaytarılması barədə iltizamların alınmasından danışır… - MCQMİ Daxili İşlər Nazirliyinin nəzdindədir. Əfşar Süleymani İran dövlətinin Azərbaycanda səfiri olub. Bir səfir Azərbaycanın sıravi vətəndaşı haqqında bir informasiya verir və deyir ki, bu qadın mənim başıma bu oyunu açıb. Ramil Usubov nə etməlidir? Səfir olmuş adam yalan deyə bilər?! Məni MCQMİ-ə aparıb, danışdırıblar. Orada da məsələnin əslində başqa cür olduğunu sübut edənə qədər müəyyən müddət mənə təzyiq göstərilib. Ona qədər mən azad olunmağım üçün orada nə istəsən, etmişəm. Amma digər tərəfdən, Əfşar Süleymaninin dediklərinin heç biri sübuta yetmədi. MCQMİ-də həmin insanlardan da soruşa bilərsiniz və onlar da cavab verərlər. - Siz MCQMİ-də hansısa iltizama qol çəkibsiniz ki, filan evi qaytaracam, filan məbləğdə Əfşar Süleymaniyə pul ödəyəcəm? - Sənədlə danışmaqla deyil ki? Mən evi Əfşar Süleymaninin pulu ilə yox, Əfşar Süleymanidən 3 il qabaq almışam. O, mənim anamın evi idi. O zaman həmin evi bir rəfiqəmin adına yazdırdım. Siyasi məsələlərdə o zaman bir qədər önəmli şeylər yazırdım, öz adıma almaq istəmirdim. Evi rəfiqəmin adına aldım. - Yəni sizin öz şəxsi eviniz olub? - Öz anamın evi olub, o vaxt Əfşar Süleymani də yox idi. Sonra o evi rəfiqəmin adına keçirdim, o rəfiqəm də gedib Əfşarla cinsi münasibətdə oldu. İfadəsində də yazdı ki, guya mənə evi Əfşar Süleymani alıb. - Siz ananızın adına olan evi niyə rəfiqənizin adına keçirmisiniz? - Gətirib şəkillərini göstərim. Xarici görkəmi o qədər gözəl deyil. Düşünməzdim ki, Əfşar onunla yatağa girər. - Evi öz adınıza keçirməməyiniz yenə mənim üçün qaranlıq qaldı. - O vaxt mənim siyasi məsələlərlə bağlı problemlərim vardı. - Əfşar Süleymaninin açıqladığı və MCQMİ-də imzaladığınız iltizamlarda müəyyən məbləğdə pulu qaytarmağı üzərinizə götürmüsünüz. - Şər-böhtan deyir. Mənə hələ əvvəllər deyirdi ki, əgər Azərbaycandakı bütün mal-mülkünü satıb İrana gəlməsən, səni MCQMİ-ə aparıb, zorlatdıracam, Azərbaycan polisləri də məni müdafiə edəcək. Bu da onun şantajının axırıncı metodlarıdır. MCQMİ-yə müraciət edin, düşünürəm ki, bununla bağlı sizə normal cavab verərlər. - Konkretləşdirsək, siz MCQMİ-də iltizama qol çəkib, pul qaytarmaqla bağlı öhdəlik götürmüsünüz? - Məsələ aydınlaşana, şahidlər gəlib ifadə verənə qədər… Protokol yox, yadıma gəlir ki, elə-belə bir izahat oldu. Çünki mən MCQMİ-yə aparılanda orada ən azı 3 gün şok yaşamışdım. Məni o zaman rayondan MCQMİ-ə gətirmişdilər. - 1 milyon 200 min dollar məsələsinin kökü nədir? Əfşar Süleymani sürücüsünün oğlu Natiqin adını da çəkir, sizi onunla işbirliyində ittiham edir. - Natiq yazıq bir adamdır. Bir insan, azərbaycanlı qadını olaraq mənim çox ürəyim ağrıdı. Tutaq ki, mənim Natiqlə hansısa ilişkim olub. Tutaq ki, bunu qəbul etdim. Amma Natiq yazıq bir adamdır. Natiqi və Natiqin ailəsini görsəniz… Əfşar Süleymaninin şəxsiyyəti Natiq məsələsində öz təsdiqini tapdı. Mənim bu gün bir sürücüm var. İmkanım çatır ki, sürücünün evini təmir etdirim. Əfşar Süleymani səfir olanda sürücüsünün evini təmir etdirdi, sonra gəldi ki, pulumu ver. Evin təmiri üçün xərclədiyi 23 min dolları 49 min dollar yazdırdı. Axırda MCQMİ rəisi dedi ki, Əfşar bəy, bu qədər Allahsızlıq etmək olmaz. Bir qadına qarşı Allahsızlıq etdin, dedik ki, qoy bu qadının şəxsiyyətini müəyyənləşdirək. Bəs sürücünün günahı nədir? Əfşar bu ailədən 49 min dollar aldı. Bunu Allah götürər? - Əfşar Süleymani İranda niyə həbs olunub, sonra azad edilib? 1 milyon 200 min dollar… - Əfşar Süleymaninin İranda qohumları var. Bilmirəm ki, bu pulu hardan alıb, nə edib. Onun üzərində həmişə pul olurdu, haradan alırdı, mən necə bilə bilərəm?! 1 milyon 200 min yox, üzərində 3 milyona qədər də pul olub. Mən nə bilim ki, o pulu haradan alıb. Mən 1 milyon 200 min dolları görməmişəm. Əfşar Süleymani müsahibəsində deyir ki, bir neçə gün həbsdə olmuşam, indi azadlıqdayam. Ona sual verən yoxdur ki, niyə həbsdə olmusan? Mən İranda da məhkəməyə müraciət etmişəm, məhkəmə gedir. - İranda məhkəmə prosesi nə yerdədir? - Həmin məhkəmə prosesi hələ başa çatmayıb. İranda Əfşar Süleymaninin mülklərinə həbs qoyublar. Onu mülkləri ilə bağlı problem yandırdığı üçün bu gün danışmaq məcburiyyətində qalıb… Ramiz Mikayıloğlu, lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar