SON XƏBƏRLƏR

Xocalı faciəsi ilə bağlı BMT-nin baş ofisi qarşısında etiraz aksiyası keçiriləcək

2021.10.20, 07:36
Xocalı faciəsi ilə bağlı BMT-nin baş ofisi qarşısında etiraz aksiyası keçiriləcək

Gunaz.tv
GünAzTv: BMT-nin Nyu-Yorkdakı baş ofisi qarşısında Xocalı soyqırımı ilə bağlı yürüş keçiriləcək. tədbir Azərbaycan diaspora təşkilatları və tələbələr tərəfindən təşkil olunacaq. ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) Azərbaycan diaspora təşkilatları bütün türkləri və azərbaycanlıları Xocalı qətliamını yad etmək üçün tədbirə qatılmağa dəvət edib. GünAzTv mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə, Türk diasporu və bir çox sadə amerikalılar geniş miqyaslı aksiyanı dəstəkləyəcək. Tədbir fevralın 25-də BMT-nin iqamətgahı qarşısında keçiriləcək. Aksiyanın əsas məqsədi qətliama və həqiqi tarixə diqqəti cəlb etmək, BMT-nin Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır.Aksiyanın qətnaməsi səfirliklərə göndəriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar