SON XƏBƏRLƏR

Milli-mədəni fəal, Tirəxtur komandasının tərəfdarı Məhəmməd Əlimuradi tutuqlanıb

2021.10.20, 07:36
Milli-mədəni fəal, Tirəxtur komandasının tərəfdarı Məhəmməd Əlimuradi tutuqlanıb

Gunaz.tv
GünAzTv: Müvəqqəti azadlığa buraxılan Milli-mədəni fəal, Tirəxtur komandasının tərəfdarı Məhəmməd Əlimuradi yenidən tutuqlanıb. o iki gün öncə fevral ayının 2-də Təbriz şəhərinin polis idarəsinə müraciət edərkən saxlanılıb. Fevralın 2-də Polisin Təhlükəsizlik bölməsindən Əlimuradiyə zəng edilib və ona zaminin (qaranti şəxs) polisdə saxlanıldığı bildirilib. Ona deyilib ki, həmən Təbrizin Saib xiyabanında olan polis bölməsinə müraciət etsin. Cənab Əlimuradi müraciət edərkən polis tərəfindən saxlanılıb. Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal Təbrizdə 2010-cu il yanvar ayının 13-də Təhlükəsizlik Qüvvələri tərəfindən tutulub bir gün saxlanıldıqdan sonra qarantı müqabilində müvəqqəti olaraq azadlığa buraxılmışdı. Xatırladaq ki. Cənab Əlimuradi Tirəxtur futbol milli komandasının reklam və afişalarını türk dilində çıxartdığından sonra tutuqlanmışdı. Məlumata görə, yazılan afişalar (pusterlər) Tirəxtur Klubunun və Təbriz İrşad İdarəsinin icazəsi ilə yazılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar