SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar dalğası gözlənilir

2021.10.20, 07:36
İrana qarşı yeni sanksiyalar dalğası gözlənilir

Gunaz.tv
GünAzTv: İran bu yaxınlarda nüvə yanacağına dair güzəştli təklifi qəbul etməyə hazır olduğunu bildirsədə bu ölkəyə qarşı növbəti sanksiya dalğası hərəkətə keçib. öncə ABŞ-ın (Amerika Birləşmiş Ştatlar) müdafiə naziri Robert Qeyts sanksiya tətbiq olunmasının vacibliyini bəyan edərək, burada iki xətt olacağını bildirib. Onun sözlərinə görə, həm BMT Təhlükəsizlik Şurası, həm də ABŞ və müttəfiqləri tərəfindən sanksiya tələbi ortaya atılacaq.Digər sanksiya tələbi isə Fransanın baş naziri Françios Fillondan gəlib. Fransa yəhudilərinin verdiyi illik axşam yeməyində çıxış edən Fillon bildirib ki, İran bütün dialoq təkliflərini rədd etdiyi üçün artıq sanksiyaların vaxtı çatıb. “Bu halda hərəkətə keçmə zamanı çatıb. Biz BMT-dən İrana qarşı güclü sanksiyaları ehtiva edən yeni bir qanun layihəsi tələb edəcəyik. Bununla yanaşı, Avropa Birliyinin də üzərinə düşən addımların atılmasına çalışacağıq”, - deyə Fransa hökumət başçısı bəyan edib.sia

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar