SON XƏBƏRLƏR

Ayətullah Zəncani: əliyalın etirazçıları edam edənlər, ALLAHa qarşı müharibə aparandır

2021.10.20, 07:36
Ayətullah Zəncani: əliyalın etirazçıları edam edənlər, ALLAHa qarşı müharibə aparandır

Gunaz.tv
GünAzTv: İslahat tərəfdarı, tanınmış azərbaycanlı ruhani ayətullah Əsədullah Bayat Zəncani Tehran Universitetində keçirdiyi görüşdə dinc müxaliflərin “Allaha qarşı müharibə” ittihamı ilə günahlandırılaraq edam olunmasını pisləyib. GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumatına görə, Bayat Zəncani bəzilərinin dindən sui-istifadə etdiyini bildirib: “Yalın əllə etiraza qalxanların qanını axıdanların özləri Allaha qarşı müharibə aparır. Təəssüf ki, bu gün rəsmi tribunalar xalqı qorxutmaq və təhdid etmək vasitələrinə çevrilib. Bunlar həzrət Əli və Həzrət Məhəmmədin təmsil etdiyi islam dinindən və şiə fiqhindən tamamilə fərqli, səhv anlayışlardır. Bizim qəbul etdiyimiz islam hərbçilərin siyasətə qarışmasını rədd edir, insanlara hər bir mövzuda sərbəst sual vermək və şübhələnmək hüququnu tanıyır. Bizim nəzərdə tutduğumuz islamda insanlar qorxmadan ölkənin mövcud siyasi vəziyyəti ilə maraqlana bilir, hətta imamı da (Xomeyni) tənqid edə bilir. Dinc və sivil şəkildə etiraz edəni, nəyi və ya kimisə tənqid edəni Allaha qarşı müharibədə günahlandıraraq edama məhkum etmək olmaz”. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı etirazlar zamanı tutulduğu iddia olunan 37 yaşlı Məhəmmədrza Əlizamani və 20 yaşlı Arəş Rəhmanipur Allaha qarşı müharibədə günahlandırılaraq yanvarın 28-də edam edilib. İran Məhkəmə Sistemi rəisinin birinci müavini höccətülislam İbrahim Rəisi fevralın 1-də jurnalistlərə açıqlamasında hakimiyyətə qarşı küçə iğtişaşlarında və Allaha qarşı müharibədə günahlandırılan daha 9 nəfərin yaxın günlərdə edam olunacağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar