SON XƏBƏRLƏR

Ermənistan Azərbaycanın qarşısında diz çöküb yalvarar

2021.10.20, 07:36
Ermənistan Azərbaycanın qarşısında diz çöküb yalvarar

Gunaz.tv
GünAzTv: Balaca bir Ermənistanın arxasında hansı qüvvələr durur ki, Ermənistan belə mövqe nümayiş etdirir? Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Soçi görüşünə ümidlərin çox olsa da, danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. ANS-in məlumatına görə, bunu Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O hesab edir ki, rəsmi Bakının münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərməsinə baxmayaraq, Ermənistan tərəfinin yenidən mövqeyinin dəyişməsi görüşlərdə nəticənin əldə olunmasına mane olub. “Müəyyən rəy formalaşdırıldı ki, artıq müəyyən sənədin imzalanması vaxtı yaxınlaşıb. Təəssüf olsun ki, buna nail olunmadı. Lavrovun bəyanatı oldu. Orada deyilirdi ki, razılaşmanın preambulası, bu istiqamətdə müəyyən mövqe yaxınlaşması var. Buna da bir ümid ocağı kimi baxmaq lazımdır. Amma mənim fikrimcə, əlbəttə RF prezidentinin təşəbbüsü və iştirakı ilə keçən bu görüşdə daha güclü, daha mühüm addım atmaq olardı. Rusiya tərəfi münaqişənin həlli ilə bağlı həm həmsədr səviyyəsində, həm də prezident və XİN səviyyəsində səylər göstərir. Lakin bunlar kifayət deyil”, - deyə o vurğulayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyətinin nəticəsiz olması və bu illər ərzində “üçlüyün” ciddi diqqətsizliyə yol verməsi barədə TRT kanalına müsahibəsində səsləndirdiyi fikirlərlə həmrəy olduğunu deyən Novruz Məmmədov hesab edir ki, Minsk qrupunun həmsədrləri də artıq başa düşür ki, onların cəhdləri heç bir nəticə verməyib və bu, belə davam edə bilməz. “Ərdoğanın fikri ilə razıyam. Həsmsədrlər səy göstərir. Bu səylər kifayətdirmi? Onlar 20 ildir gəlib gedirlər. Təkliflər verirlər. 20 il də gəlsinlər. Əgər müəyyən bir nəticə yoxdursa, onlar özləri də, rəhbərləri də düşünməlidir. Əgər münaqişənin həllində ciddi irəliləyiş yoxdursa, onda hara gedirik? Dünyanın 200 dövləti də bunu izləyir. Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe daşımamaq dünya üçün də pisdir. Balaca bir Ermənistanın arxasında hansı qüvvələr durur ki, Ermənistan belə mövqe nümayiş etdirir? Əgər həmin qüvvələr çəkilsə, Ermənistan Azərbaycanın qarşısında diz çöküb yalvarar. Türkiyə qarşısında yalvarar ki, sərhədləri açın”, - deyə o bildirib. Novruz Məmmədov rəsmi İrəvanın tez-tez mövqe dəyişməsinin Türkiyə-Ermənistan arasında imzalanmış protokollarda da özünü göstərdiyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar